Menu

Əliyev və Ərdoğan arasında telefon danışığı olub - Koordinasiyalı hərəkət etmək barədə razılığa gəliblər

23.02.2022, 17:59
Əliyev və Ərdoğan arasında telefon danışığı olub - Koordinasiyalı hərəkət etmək barədə razılığa gəliblər

Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Məlumatı Türkiyə Prezidentinin Administrasiyası yayıb.

Telefon söhbətində Türkiyə-Azərbaycan əməkdaşlığının inkişafına yönəlmiş məqamlar, həmçinin Ermənistanla münasibətlər və regional məsələlər müzakirə olunub.

Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan eyni zamanda Rusiya-Ukrayna gərginliyi barədə fikir mübadiləsi aparıblar.

İki ölkə liderləri regional məsələlərdə koordinasiyalı hərəkət etmək barədə razılığa gəliblər.

Şərhlər

Cabbar 2022-02-23 19:31:06

Rusiya ilə müttəfiqlik sazişi imzalayıb Azərbaycan necə Türkiyə ilə koordinasyalı hərəkət edə bilər ?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol