Menu

“Putin Ukraynanı məhv etmək istəyir...” - Zelenski xalqı panikaya düşməməyə çağırıb

24.02.2022, 12:03
“Putin Ukraynanı məhv etmək istəyir...” - Zelenski xalqı panikaya düşməməyə çağırıb

Ukrayna Prezidenti Volodimir Zelenski növbəti müraciətlə çıxış edib.

“AzPolitika.info” xəbər verir ki, Zelenski öz sosial şəbəkə hesabından yayımladığı müraciətdə xalqı panikaya düşməməyə çağırıb və çoxlu sayda yalan informasiyaların yayıldığını vurğulayıb.

Ukrayna Prezidenti Ordunun müqavimət göstərdiyini qeyd edərək deyib: “Putin Ukraynanı məhv etmək istəyir. Lakin Ukrayna Ordusu layiqli cavab verir. Biz Ukrayna Silahlı Qüvvələrinin gücünü bilirik. Biz mərd və yenilməzik...”

Qeyd edək ki, Ukrayna Prezidenti hər saatdan bir videmüraciətlə çıxış edərək, vəziyyətlə bağlı məlumat verəcəyini deyib.

“AzPolitika.info” 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol