Menu

VTB və “Aeroflot”un səhmləri dibə enir

24.02.2022, 22:43
VTB və “Aeroflot”un səhmləri dibə enir

Böyük Britaniyanın sanksiya qərarından sonra Moskva birjasında VTB Bank və “Aeroflot”un səhmləri böyük sürətlə dəyərsizləşməyə başlayıb.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, yarım saat ərzində VTB-nin səhmləri 44 faiz, “Aeroflot”un səhmləri isə 33 faiz dəyər itirib.

Qeyd edək ki, Britaniya VTB-nin 154 milyard funt sterlinq vəsaitini dondurub, “Aeroflot”un isə ölkə ərazisində uçuşa verilən lisenziyası geri çağırılıb.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Fondu VTB-nin səhmdarlarından biridir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol