Menu

Hikmət Hacıyevdən Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlama - VİDEO

25.02.2022, 17:29
Hikmət Hacıyevdən Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlama - VİDEO

“Ukrayna ətrafında baş verən hadisələr narahatlıq doğuran proseslərdir və dialoqla həllini tapmalıdır”. Bu sözləri Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev AzTV-yə müsahibəsində deyib.

O qeyd edib ki, Azərbaycanın mövqeyi beynəlxalq hüququn norma və prinsipləri rəhbər tutularaq, bu məsələnin siyasi, diplomatik yollarla və dialoq əsasında həll edilməsindən ibarətdir: “Azərbaycan Respublikası bu məsələnin siyasi-diplomatik yollarla, dialoq vasitəsilə həllinin tərəfdarıdır. Bu mövqeyimiz ATƏT tərəfindən təşkil olunmuş xüsusi sessiyada da ifadə olunub”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol