Menu

NATO çevik reaksiya qüvvələrini hazır vəziyyətə gətirib

25.02.2022, 22:46
NATO çevik reaksiya qüvvələrini hazır vəziyyətə gətirib

Şimali Atlantika Alyansı çevik reaksiya qüvvələrini həyəcan vəziyyətinə gətirib.

Bu barədə ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfol “Twitter” səhifəsində məlumat verib.

“İndi məlum olub ki, NATO-nun Yüksək Hazırlıqlı Birgə Əməliyyat Qrupu (VJTF) fəaliyyətə gətirilib. Əla xəbərdir", - o, yazıb.

Qeyd edək ki, Yüksək Hazırlıqlı Birgə Əməliyyat Qrupu NATO-nun sürətli yerləşdirilmə üçün Çevik Cavab Qüvvələrinin tərkibində xüsusi qabaqcıl briqadadır.

Şərhlər

t.ədalət 2022-02-25 23:18:57

Deməli,Rusiya durdurulacaq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol