Menu

UKRAYNA RUSİYA ORDUSUNUN İTKİLƏRİNİ AÇIQLADI - 200-ə yaxın rus hərbçi əsir alınıb

26.02.2022, 10:23
UKRAYNA RUSİYA ORDUSUNUN İTKİLƏRİNİ AÇIQLADI -  200-ə yaxın rus hərbçi əsir alınıb

Ukrayna Rusiya Silahlı Qüvvələrinin itkilərini açıqlayıb.

APA-nın UNİAN-a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin ofis rəhbərinin məsləhətçisi Mixail Podolyak “Rada” telekanalının efirində deyib.

Onun sözlərinə görə, bu səhərə olan məlumata əsasən, 3500-dən çox Rusiya hərbçisi ölüb və 200-ə yaxın hərbçi əsir alınıb.

Ukrayna Silahlı Qüvvələrinin “Twitter” hesabında paylaşılan məlumata görə, fevralın 24-dən bu səhərədək Rusiyanın itkiləri aşağıdakı kimidir:

14 təyyarə, 

8 vertolyot, 

102 tank, 

535 zirehli döyüş maşını, 

1 BUK (zenit raket kompleksi) məhv edilib.

Şərhlər

Türk Turan 2022-02-26 10:44:41

Dualarımız Ukrayna üçündür! Allah Ukraynaya kömək olsun!❤️

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol