Menu

İlham Əliyev və Mehriban Əliyeva Əlibaba Məmmədovun dəfn mərasiminə əklil göndərib

26.02.2022, 13:00
İlham Əliyev və Mehriban Əliyeva Əlibaba Məmmədovun dəfn mərasiminə əklil göndərib

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Əlibaba Məmmədovun dəfn mərasiminə əklil göndərib.

“Report” xəbər verir ki, əklil sənətçinin məzarı önünə qoyulacaq.

Qeyd edək ki, Ə.Məmmədov fevralın 25-də 92 yaşında vəfat edib. O, birinci Fəxri xiyabanda dəfn olunacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol