Menu

Qazaxıstan KİV-də anti-Rusiya xəbərləri tirajlanıb

27.02.2022, 00:08
Qazaxıstan KİV-də anti-Rusiya xəbərləri tirajlanıb

Bəzi Qazaxıstan KİV-ləri Amerikanın NBC telekanalının guya, «Qazaxıstan Putinin xahişi ilə Ukrayna əleyhinə döyüşməkdən imtina edib» mövzusunda informasiyasını aktiv şəkildə yayır.

Bu barədə fevralın 26-da «KZ.Bu gün» teleqram-kanalı xəbər verir.

«Biz, Qazaxıstanın bu bəyanatını alqışlayırıq ki, o, «LXR» və «DXR» tanımır. Biz, həm də Qazaxıstanın öz qüvvələrini Putinin Ukraynadakı müharibəsinə göndərməkdən imtina etməsini alqışlayırıq» - telekanaldan bir neçə Qazaxıstan nəşri sitat gətirir.

Bununla bağlı, «KZ.Bu gün» izah edir ki, "LXR" və "DXR" barədə respublikanın xarici işlər naziri Muxtar Tleuberdi bəyan edib ki, bu məsələ gündəlikdə dayanmır. «Respublika silahlı qüvvələrinin hazırda baş verən hərbi münaqişədə iştirakına gəlincə, demək lazımdır ki, imtina olmayıb. Bu sadə səbəbdən dolayı ki, Rusiya rəhbərliyi tərəfindən belə xahiş daxil olmayıb və ola da bilməzdi… Nədən ki, KTMT nizamnaməsi buna imkan vermir».

AzPoitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol