Menu

Lukaşenko Ukraynanın Belarus ərazisindən atəşə tutulduğunu etiraf edib

27.02.2022, 13:08
Lukaşenko Ukraynanın Belarus ərazisindən atəşə tutulduğunu etiraf edib

"Rusiya Belarus ərazisindən Ukraynaya atəş açıb".

"Report" UNİAN-a istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko jurnalistlərə deyib.

“Münaqişə başlayandan Belarusun cənubundan 2-3 raket zərbəsi endirilib, çünki Kiyev sərhədə yaxın 3-4 raket batalyonu yerləşdirib", - Belarus lideri qeyd edib.

O, Ukrayna şəhərlərini atəşə tutan rus diversiyaçılarına kömək etdiyini də etiraf edib.

Lukaşenko, həmçinin iddia edir ki, heç kim Kiyevi bombalamayıb.

Şərhlər

Veteran 2022-02-28 23:22:08

Kolxozki kolxoz,hələdə qanmır.Qanasıda deyil.

Bashirov Qarib 2022-02-27 17:01:21

Çox qəribədir, Putin də deyirki,biz yalnız LXR, DXR respublikalarında millətçilərlə vuruşuruq. Bəs, Kiyevi, Xarkovu, Odessanı və digər şəhrləri atəşə verən kimlərdir? Bu qədər də həyasızlıq olar?

Eli 2022-02-27 13:39:39

Yaşadığımız dünyanın yazılmış ve yazılmamış öz qanunları var:Sen yaxşı ve ya pis insan,övlad ve valideyn,dost,qohum ola bilersen,lakin son meqamda sen bir kişisense kişi kimi özünü göstermelisen,eger kişisense.Bunun üçün mğtleq Prezident olmaq lazım deyil,sen çoban ol fehle ol hekim,mühendis ol ancaq Kişi ol.Daha bu Lükaşenko kimi .......olma vezifeden ötrü.Çünkü gelecek senin cemdeyine tüpürecek kim olursan ol.

t.ədalət 2022-02-27 13:14:27

Belə adamlar ayaqyolu səviyyəsində olanlardır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol