Menu

Xaricdə təhsil proqramı üzrə üstünlük veriləcək prioritet ixtisaslar açıqlanıb - SİYAHI

28.02.2022, 11:44
Xaricdə təhsil proqramı üzrə üstünlük veriləcək prioritet ixtisaslar açıqlanıb - SİYAHI

Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramının prioritet istiqamətləri açıqlanıb.

"Report" xəbər verir ki, sosial-iqtisadi inkişafın prioritet istiqamətləri üzrə ixtisas sahələrinin siyahısı hazırlanacaq.

Dövlət Proqramının icrası zamanı aşağıdakı prioritet ixtisas sahələrinə üstünlük veriləcək:

- informasiya texnologiyaları;

- mühəndislik;

- statistika və verilənlərin təhlili;

- fundamental və tətbiqi elmlər;

- ictimai səhiyyə;

- təhsil;

- ətraf mühit;

- aviasiya və kosmos;

- dövlət idarəetməsi;

- nəqliyyat və logistika;

- energetika;

- iqtisadiyyat;

- maliyyə;

- arxitektura və dizayn;

- kənd təsərrüfatı.

Prioritet ixtisas sahələri və nüfuzlu xarici ali təhsil müəssisələri üzrə təhsil proqramlarının siyahısı da hazırlanacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol