Menu

ATƏT-in Ukraynanın Luqansk vilayətindəki ofisi fəaliyyətini dayandırıb

01.03.2022, 11:38
ATƏT-in Ukraynanın Luqansk vilayətindəki ofisi fəaliyyətini dayandırıb

ATƏT-in Ukraynanın Luqansk vilayətindəki monitorinq missiyası fəaliyyətini dayandırıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, təşkilat təmsilçiləri bölgədən çıxıb və Rusiya istiqamətində yola düşüblər.

“ATƏT-in monitorinq missiyası Luqanksda mehmanxananı tərk edib, ofisi fəaliyyətini dayandırıb. Onlar Rusiya istiqamətində hərəkət edir”, - agentlik bildirib.

Xatırladaq ki, bir müddət əvvəl ATƏT-in Baş katibi Helqa Şmid bildirmişdi ki, missiyanın bütün üzvlərinin Ukraynadan qısa müddətə çıxarılmasına dair qərar qəbul edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol