Menu

“Xarkovda mülki infrastrukturun atəşə tutulması müharibə qanunlarının pozulmasıdır” - Aİ

01.03.2022, 13:30
“Xarkovda mülki infrastrukturun atəşə tutulması müharibə qanunlarının pozulmasıdır” - Aİ

Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borellə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bunu J.Borel tvitter səhifəsində yazıb.

“Avropa İttifaqı bu dramatik anlarda Ukraynanın yanındadır. Xarkovda mülki infrastrukturun atəşə tutulması müharibə qanunlarının pozulmasıdır”, - ali nümayəndə bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol