Menu

Türkiyə Rusiyanın 3 gəmisini Qara dənizə buraxmadı

02.03.2022, 01:52
Türkiyə Rusiyanın 3 gəmisini Qara dənizə buraxmadı

Türkiyə Rusiya və Ukraynanı Montrö sazişinin 19-cu maddəsini tətbiq etdiyinə dair məlumatlandırıb.

Musavat.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu "Habertürk"ə deyib.

Çavuşoğlunun sözlərinə görə, Rusiya tərəfi Türkiyənin qərarını "dostcasına" qarşılayıb. Fevralın 27-28-də Türkiyə tərəfi Bosfor və Dardanel boğazlarından Qara dənizə keçməm istəyən 4 Rusiya hərbi gəmisindən 3-nə keçid icazəsi verməyib. Həmin gəmilərin qeydiyyat yeri Qara dənizə olmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol