Rusiyanın əsas müttəfiqi olan Belarus lideri Lukaşenko dünən televiziya ilə yayımlananTəhlükəsizlik Şurasınn iclasında Rusiyanın növbəti işğal planını ifşa edib.

“AzPolitika.info” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Lukaşenkonun çıxışı zamanı göstərdiyi xəritədəki bir detal dünya gündəmində şok effekti yaradıb.

Belə ki, xəritə araşdırıldığı zaman Ukraynanın 4 yerə bölündüyü görünür. Lukaşenkonun qarşısında brifinq verdiyi xəritə Rusiyanın Ukrayna daxilində hücumlarını hansı istiqamətdə həyata keçirdiyini göstərir.

Xəritəyə görə, Rusiya Odessanı işğal edir və oradakı qoşunlarını da Moldova sərhədləri daxilindəki Dnestryanı bölgəsinə doğru hərəkətə keçirir.

Bu isə Rusiyanın Ukraynanın işğalından sonra Moldovaya hücum təşkil edəcəyini göstərir.

Məsələni işıqlandıran beynəlxalq mətbuat bu xəritənin Putinin gizli planı ola biləcəyini bildirib.

Qeyd edək ki, AB baş diplomatı Jozep Borrell müharibənin ilk günlərində verdiyi açıqlamada Rusiyanın Moldovada təzyiqlərinin yaxın günlərdə arta, Qərbi Balkanlarda da oxşar vəziyyətlərin yaşana biləcəyini bildirib.

“AzPolitika.info”