Menu

Rusiya texnikalarının üzərindəki “Z” və “V” hərflərinə aydınlıq gətirib

03.03.2022, 09:50
Rusiya texnikalarının üzərindəki “Z” və “V” hərflərinə aydınlıq gətirib

Rusiya Müdafiə Nazirliyi hərbi texnikaların üzərindəki “Z” və “V” hərflərinin mənasını açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi instaqramda paylaşım edib.

Hərflərin mənasını təsviri formada izah verən qurum “Z”nin “Za pobedu” (“Qələbə uğrunda”), “V”nin isə “Sila v pravde” (“Güc həqiqətdədir”) və ya “Zadaça budet vıpolnyena” (“Tapşırıq yerinə yetiriləcək”) mənasına gəldiyini bildirib.

Qeyd edək ki, Ukraynanın işğalında istifadə olunan Rusiya Silahlı Qüvvələrinin texnikalarının üzərində “Z” və “V” hərfləri mövcuddur. Rusiya Müdafiə Nazirliyinin bu paylaşımınadək bu işarələr müxtəlif konspiroloji nəzəriyyələrə gətirib çıxarmışdı.

Şərhlər

İsmayıl 2022-03-03 11:54:07

V- Z yəni Volodimir Zelenski.Hədəf onu aradan götürməkdi.Ağlıma bu gəldi

Said 2022-03-03 11:02:17

Çox güman ki, "Vostoq" və "Zapad" (şərq, qərb) ordu birləşmələridir.

Ədalət Haqqı 2022-03-03 10:20:09

Təcavüz, işğal, müharibə doğrudan da operativ və mütləq qaydada mühakimə olunacaq acı və ağır həqiqətdir!?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol