Menu

Makron Putin və Zelenski ilə Ukraynadakı vəziyyəti müzakirə edib

03.03.2022, 16:01
Makron Putin və Zelenski ilə Ukraynadakı vəziyyəti müzakirə edib

Rusiya Prezidenti Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub.

“Report” TASS-a istinadən xəbər verir ki, dövlət başçılarının müzakirələri bir saat yarım çəkib.

Ardınca E.Makron Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefonla danışıb.

Telefon danışıqları zamanı Ukraynadakı vəziyyət müzakirə olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol