ÖZ SİSTEMİMİZİ - TURANI QURAQ! - NATO da, Rusiya da bizim üçün təhdiddir!

"Türkiyə-Azərbaycan-Pakistan birliyi, Türkiyə ilə Konfederasiyaya doğru irəli"

AMEA-nın elmi işçisi, tədqiqatçı alim Yasəmən Qaraqoyunlunun Türkiyə mediasında çox aktual və maraqlı məqaləsi dərc olunub. Məqalə Anadolu türkcəsində qələmə alınıb. Azərbaycanda hazırda hər bir şəxsin Anadolu türkcəsində oxumağı və anlamağı tam olaraq bacardığını nəzərə alaraq, həmçinin yazının ruhuna toxunmamaq üçün məqaləni olduğu kimi "AzPolitika.info"nun oxucularına təqdim edirik:

Batının gücü nədədir?

Nə İslam dünyası, nə Panslavyanist Avrasiyaçılığı əsas tutan Rusiya dünyası, fəlsəfəsi gənclərə, bütün insanlara yaşam modeli suna bilmədi.

Daha doğrusu, İslamın sunduğu yaşam modeli və həyat fəlsəfəsi Batıya uduzdu, Rusiyanın yaşam modeli kimi sunduğu sosializm isə Batı ağlının məhsulu idi, Batıdan alınmışdı. 

Rusiya fəlsəfəsi tarixi boyunca bəşəriyyətə bir yaşam modeli örnəyi suna bilməmişdir. Batı ağlı isə Renessansdan günümüzədək insanlığa universal yaşam fəlsəfəsi və modeli sunduğu üçün güclüdür. Dünyada bütün gənclərin üzü Batıyadır. Bütün insanlar yaşamda özgürlük istər. Digər mədəniyyətlər yaşama qatı kurallar yükləyər, Batı isə yaşamı özgürlük kimi qavrayar. Batının cazibəsi bu. 600 ildir Batı mədəniyyətinin cazibəsi gənclərin ürəyini fəth etməkdədir. Tarixin öz məntiqi var. İnsan vicdanına müraciət edən, insan qəlbini fəth edən mədəniyyətlər daim kürəsəl güc olmuşdur.

Rusiya isə öz tarixi boyu heç vaxt universal ideyalar və fəlsəfələr yaratmamışdır. Dini Şərqi Romadan, kültürü Batıdan, dövlət ierarxik quruluşunu və təşkilatını isə Türklərdən - Xəzərlərdən və Qızıl Ordadan ödünc almışdır.

Tarixi boyunca Rusiyada ideologiyalar

1. Üçüncücü Roma doktrinası. Bütün ortodoksların - pravaslavların İstanbul-Çarqrad mərkəz olmaqla Rusiya imperiyasında birləşdirilməsi 

2. Panslavyanizm. Bütün slavyanların Rusiya dövlət çatısı altında birləşdirilməsi 

3. Sosializm. Marksizm -Leninizm. Kommunist internasionalizmi. Fəhlə diktatorluğu. Kollektivizm. Materializm. Ateizm. Darvinizm. 

4. Rus dili. Kiril əlifbası. Despotizm. Federalist Rusiyaya bağlı 21 türk-müsəlman respublikasını Rus dili, Rus mədəniyyəti, Rus işğalı, despotizm və polis rejimi basqısı ilə Moskvaya bağlı tutmaq. 

Nə vaxta qədər? 

Rusiyanın tarixi etnoqrafik ərazisi Moskva və ətraf bölgələrdir. Rusiyanın digər bütün torpaqları tarixi Rus torpağı deyil. Rusiya Xəzər- qıpçaq imperatorluğunun və Qızıl Orda imperatorluğunun torpaqlarını zəbt etmişdir. Rus dili və Rus Ordusu Rusiyanı ayaqda tutan yeganə dəyərdir. Rusiyada müxtəlif dinli, dilli, kültürlü başqa xalqları birləşdirə biləcək ortaq heç nə yoxdur. Rusiya sivilizasiya mərkəzi deyil. Rusiyada bütün xalqları birləşdirə biləcək ortaq universal dəyərlər yoxdur.

P.S. Bəzi Batı yanlılara.

1. Ölkəmizdəki Batı yanlılar Batıya birləşməyi, Avro-Atlantik dünyaya inteqrasiya olunmağı, NATO-ya girməyi Azərbaycanın əsas stratejisi hesab edir. Burada yeni heç bir şey yoxdur. Son 200 ildə Avropanın( Amerika, İngiltərə, Fransa, Portuqaliya və.s) sömürgəsi olan ölkələr Rusiyaya, Rusiya sömürgəsi olan ölkələr Avropaya meyl etməklə, ittifaq qurmağa çalışmaqla ayaqda durmağa çalışmışlar. Batı mədəniyyəti öz içində cazibədar olsa belə, yer üzündəki bütün digər mədəniyyətləri dışlamış, kötüləmiş, yer üzündən silməyə çalışmışdır.

Mayya, Astek, Hind, İslam və s. Amerika, Avstraliya, Kanada, Yeni Zellandiya kimi torpaqlarda Batı yayılmaçılığı bütün yerli xalqların soyqırımı hesabına baş vermişdir. Afrika, Asiya kölələşmiş, sömürülmüşdür. Bunu yapan bir mədəniyyət və fəlsəfə mənim üçün cazib deyildir. Dünyada bir oyanış gedir. Bütün dünya xalqları Batının cinayətlərini, bəşəriyyətə vurduğu ziyanları bildikdə Batıya qarşı birləşəcəklər. NATO -nun ömrünə az qalıb. Xristian mədəniyyətini təmsil edən Rusiya(doğu Roma) və Batı da (batı Roma) çökəcəkdir.

Çünki tezis öldükdə antitezis də ölər. Bütün digər mədəniyyətləri və sosio-kültürəl sistemləri çökdürmək və yox etmək barbarlıqdır. Bu, Batının, Ağ adamın yapdığı soyqırımdır. Bu, Tötön irqçiliyidir. 

2. Batı 50 il Türkiyəni Avropa Birliyinin içinə almadı. Çünki AB Ellin-Roma-German-Yəhudi-Xristian dəyərlərinin və sistemlərinin sintezini təmsil edənlərin blokudur. Xristian blokudur. Türkiyə Türk-İslam-Asiya-Doğu dəyərlərinin və sivilizasiya sisteminin təmsilçisidir. Türkiyə Avropa sistemi üçün ötəkidir, yaddır, alternativdir, rəqibdir. Batı bizi özündən bilmir, biz öz təmsil etdiyimiz dəyər və mədəniyyət etibarilə Batı sisteminə yadıq. Batı Yunan, Latın, German və Yəhudi dəyərlərinin sintezidir. Bizim dəyərlərimizi, Türk-İslam dəyərlərini təmsil edən ölkəni, gücü əsla içinə almaz, öz qurduğu sistemi yaralamaz və bu sistemin ayaqda durması üçün bizi ötəkiləşdirib, bizdən düşmən obrazı yaradar. Biz dəyər və mədəni sistem, dünyagörüş baxımından Turan, türk- İslam mədəni sisteminin təmsilçisiyik.

Alp Er Tunqanın, Atillanın, Çingizin, Şah Xətainin, Sultan Süleymanın qurduğu dünyanın təmsilçisiyik. Batı dünyasına rəqib və alternativ dünyanın, dəyərlərin varisləriyik. O üzdən mən "öz sistemimizi quralım" deyirəm. Bizim sistemimiz Allah, təbiət, insan, ailə, dövlət, həyat fəlsəfəsi haqqında Batıdan fərqli dünyagörüş və fəlsəfə sunar. 

Bunları dərləyib toplayıb öz sistemimizi quraq deyirəm. Sizin Azərbaycanı Batıya birləşədirmə çabalarınız boşa xərclənmiş fəaliyyətdir. Türkiyə 50 il zaman xərclədi. Sonucu olmadı. Son 100 ildə Afrikanı, Asiyanı sömürgələşdirən, bu ölkələrin inkişafını durduran, bu ölkələrin xalqlarını soyqırıma uğradan Batının cazibəsinə aldanmayaq deyirəm.

Öz sistemimizi, sivilizasiyamızı quralım deyirəm. Turanı quralım deyirəm. Məni öz siyasi düşərgəmdən- AXCP-MÜSAVAT (təbii ki, burada Elçibəyin təmsil etdiyi milliyyətçi AXCP və Rəsulzadənin təmsil etdiyi klassik milliyyətçi Müsavatdan söhbət getmir, çağdaş kosmopolit AXC- Müsavatdan söhbət gedir) düşərgəsindən ayıran çizgi bax budur. (Mən klassik Elçibəy milliyyətçiliyinin və Rəsulzadə Müsavatçılığının təmsilçisiyəm).

Bu düşərgə liderlərinin kosmopolitizmə əsaslanan ideyasız çıxışları kütlələrə təsir edə bilər, mənə isə əsla yox. İndi mən o bəsit çıxışlara, bəsit intellektual görüşlərə, çağırışlara gülürəm, qəzəblənirəm. Bütün kosmopolit ideyalar müvəqqətidir, siyasi konyuktura xidmət edir. Milli ideyalar isə millətə güc verər, tarixə yön verər. Türkçülüyü öz proqramından çıxaran siyasi qruplarla əsla bir yerdə olacağımı sanmıram. AXCP- çilərin də təbirincə YAP-a satılmamışam, YAP iqtidarına qarşı sizdən daha qəti duruş sərgilədiyimə inanıram. Mənim ölkəm nə Batının, nə Rusiyanın sömürgə sisteminin, kültür imperializminin köləsi olmayacaqdır.

TURAN sivilizasiyasının mərkəzi olacaqdır, mərkəzi!

AB-yə yox, Rusiyaya yox.Türkiyə-Azərbaycan-Pakistan hərbi-siyasi strateji birliyinə, Türkiyə ilə Konfederasiyaya doğru irəli. Türkiyə-Azərbaycan konfederasiyasına,Türk Dövlətləri Təşkilatına doğru irəli!

Batı imperializminin ürətdiyi demokratiya və avtokratiya davalarına zaman xərcləməyə dəyməz (Demokrat Makron ermənilərin Qarabağı işğal etməsini dəstəklədi, avtokrat Ərdoğan Qarabağı erməni işğalından azad etməyə çalışdı). Zamanı Turan sistemini qurmağa xərcləməliyik.

Davamız Batı ideolojiləri uğruna deyil, milli ideolojilər uğruna olmalıdır.

3. NATO da, Rusiya da bizim üçün təhdiddir.

Ölkəmizdə 100 il liberalizm, kommunizm davası getdi. Siyasi qruplar, ideoloji davalar bu ideyalar ətrafında formalaşdı. İndi, XXI yüzillikdə də geosiyasi mübarizələr, rəqabətlər, savaşlar, siyasi qruplaşmalar, demokratiya və Avtokratiya anlayışları üzərindən aparılır. Batı dünyası, Batı ağlı kürəsəl hegemonyasını davam etdirmək üçün hər çağın öz siyasi fəlsəfəsini ürətir və dünyanı bu fəlsəfə və anlayışlarla bölərək idarə edir. Liberalizm də, kommunizm də, demokratiya da, avtokratiya da bir oyundur, kosmopolitdir, bizim ehtiyaclarımızdan doğmamışdır, bizim tarixi dinamiklərimizdən doğmamışdır, bizim mədəniyyətimizdən çıxmamışdır. XX əsrin əvvəllərində kapitalizm-kommunizm davaları və rəqabətlərindən Azərbaycan böyük yaralar aldı, parça-parça oldu.

Milli ağlımız və stratejimiz bu ideoloji qarşıdurmalar qarşısında yenik düşdü. Eyni təhlükə bu gün də var. Batı ağlının ürətdiyi avtokratiya və demokratiya qarşıdurmalarında yenik düşməməliyik. Nə Amerikanın, nə Rusiyanın oyunlarına düşməməliyik, qurbana çevrilməməliyik. Amma bu rəqabətin yaratdığı hər fürsətdən istifadə edib Rusiyanı Qarabağdan, bütün Qafqazdan çıxarmalıyıq, Zəngəzuru almalıyıq, TDT-ni gücləndirməliyik və.s. və ilaxır…

Milli stratejimizi və ağlımızı gəliştirməliyik. Bütün bunlarla bərabər, 2 seçim qarşısında qalmışıq.

1. Ukraynanın özgürlük savaşı bizim özgürlük savaşımızdır. Rusiya Ukraynanı işğal etsə Azərbaycanı da, bütün post sovet ölkələrini də işğal edəcəkdir. Yenidən Rusiya sömürgəsinə çevriləcəyik. Rusiya bu savaşda yenilməlidir. Rusiya çökməlidir. Ukraynanın özgürlüyü qorunmalıdır. 

2. Rusiya bu savaşda yenilsə və ya Ukrayna NATO üzvü olsa, NATO Qara dənizə enəcək və Türkiyəni həm Qara dənizdən, həm Ağ dənizdən kuşatmağa başlayacaq. Türkiyəni parça-parça edəcək. Suriyanın durumuna salacaq.

Bu ziddiyyətlərdən, təhlükələrdən qaçmalıyıq. NATO da, Rusiya da bizim üçün təhdiddir.

635x100

Şərhlər

yusif 2022-03-04 12:54:27

panslavyanizm deyil, panslavizm yazılır və oxunur.... bu ideoloji indi sionizmlə birləşib odurki çox daha təhlükəli olub.....gələcək türklərlə ingilis-saksonların, onlarla birgə german millətlərinin total üstünlüyünə gətirib çıxaracaq, onlara qənim olan panaraibizm-sionizm, panslavizm və pansinizm (çin) uduzub ən aşaöı qata düşəcək inşallah.. bu proses artıq başlayıb...

Tahir 2022-03-04 10:15:01

Azərbaycan elminin ən milli təfəkkürlü, işıqlı, fədakar, mübariz, qeyrətli qadın alimi Yasəmən Qaraqoyunlu. Səndə olan qeyrətin onca faizi kişi alimlərimizdə olaydı kaş... Yolun açıq, ömrün uzun olsun, ALİMİMİZ!!!!?

Даvud 2022-03-04 08:45:51

Əli bəy Hüseynzadanin ideyalarini gercaklasmalidir algis siza

Ələmdar Məmmədov-hüquqşünas 2022-03-04 00:50:12

. Xalq cəbhəsinin “şinelindən çıxan”bəzilərinin üzünü hara tutduğunu bilmək olmur. Bir partiya sədri Qaçaq Nəbini “keçi oğrusu”,Koroğlunu yol kəsən quldur adlandırır.Başqa biri Azərbaycan ərazisində ilk mərkəzləşmiş dövlət quran,şanımız-şöhrətimiz Şah İsmayılı bəlalarımızın baisi hesab edir,Babəkin türklüyünü şübhə altına alır.Qeyd edim ki,erməni saytları həmin şəxslərin fikirlərini həvəslə çap edirlər.Sonda yazınızda kiçik bir qüsuru nəzərinizə çatdırmaq istəyirəm.Şah Xətai yox-Şah İsmayıl!

Ələmdar Məmmədov-hüquqşünas 2022-03-04 00:47:57

Çox hörmətli Yasəmən xanım!Sizin bütün yazılarıızda vətən sevgisi,ürək yanğısı duyulur.Tarixi məxəzlərə söykənən fikirləriniz olduqca qiymətlidir.Haqlı olaraq Elçibəy millətçiliyini Rəsulzadə müsavatçılığını önə çəkirsiniz.Lakin, bu millətçiliyin və müsavatçılığın mahiyyətini çox adam bilmir.Yazılarınızda bu məsələyə toxunmağınızı arzu edərdim.

qaraguruh 2022-03-03 22:32:51

Yasəmən xanım böyük xanımdır-vətənsevər- əsl Türk xanımı, qorxmaz. Ancaq anlamadığı bir məsələ var , bəzi türk ölkələrində Türklərdən başqa hər kəsi başa keçirirlər..... bunun sonucları çox yaxı olmayacaq məncə--ALLAH qorusun vətənimizi millətlə birgə-təfəkkür edən biləcək mən nə deyirəm

Şəhriyar 2022-03-03 21:17:04

Salam. Maraqlı yazıdır və çox aktual mövzudur!!! Müəllifə təşəkkür! Bəzi məsələlərdə müəllifin fikirlərinə opponent olmaq istərdim: 1. Əbülfəz Əliyevi Məhəmməd Əmin Rəsulzadə kimi dahi ilə tərəzinin eyni gözünə qoymaq fikrimcə düzgün deyil! 2. Yalnız düşüncə tərzini önə çıxarmaqla Türk-İslam məfkurəsi bayrağı altında görmək istədiyimiz İTTİFAQI yaratmaq qeyri-mümkündür! İqtisadi və texnoloji novatorluğa can atmaq və İRADƏ, TƏMKİN, TƏDBİRLİLİK və ən başlıcası AĞILLI UZAQGÖRƏNLİYİMİZ mütləqdir! 3. Həmçinin yəhudi dostlarımızla yüksək tarixi münasibətlərimizi qoruyub inkişaf etdirməliyik!!!

korrektor 2022-03-03 19:32:25

əgər Yasəmən xanımın batı haqqında dedikləri tam düzdürsə niyə Türkiyəmiz Avropa İttifaqının üzvü olmağı hədəfləyir? Yasəmən xanımın mənim bu sualıma cavab verməsini istəyirəm!

Asif Kələntrəroğlu 2022-03-03 18:36:56

Turandan başqa yolumuz yoxdur!

Qədirov Ağasəf 2022-03-03 18:08:41

Bu tək çarədir

Son yazılar