Menu

“Rusiya öz əhalisini bombalamağa hazırlaşır...” - Ukrayna DİN rəhbəri

03.03.2022, 17:24
“Rusiya öz əhalisini bombalamağa hazırlaşır...” - Ukrayna DİN rəhbəri

“İşğalçılar təxribat hazırlayaraq, öz ərazilərini bombalamağa və Ukraynanı dinc əhalini qırmaqda günahlandırmağa hazırlaşır”. 

“AzPolitika.info” xəbər verir ki, belə bir bəyanatla Ukraynanın Daxili İşlər naziri Anton Geraşenko çıxış edib.

Nazir bildirib ki, Rusiya ordusu məğlub olaraq geri çəkildiyi Ukraynanın Sumı vilayətilə həmsərhəd olan Rusiyanın Popovka kəndini özünə aid “Qrad” qurğuları ilə vurmağa hazırlaşır.

Xüsusi xidmət orqanlarının verdiyi məlumata görə, artıq “Qrad” qurğuları həmin istiqamətə tuşlanıb və kənd istənilən an bombardmana məruz qala bilər.

“AzPolitika.info”  

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol