Menu

“Biz təslim olmayacağıq” - Vitali Kliçko

04.03.2022, 00:16
“Biz təslim olmayacağıq” -  Vitali Kliçko

Ukraynalıların geri çəkiləcək yerləri yoxdur və biz evimizi ruslardan qoruyacağıq.

Bunu paytaxt meri Vitali Kliçko martın 3-də “Reuters” agentliyinin efirində “Skype” yayımı zamanı deyib.

“Biz təslim olmayacağıq. Geri çəkiləcək yerimiz yoxdur. Ukraynaya qarşı bu müharibədə artıq minlərlə insan həlak olub. Və bu say təəssüf ki, artacaq”, - Kliçko bildirib.

O vurğulayıb ki, Kiyev hakimiyyəti yetimləri Polşa və Almaniyaya təxliyə edib.

“Vəziyyət gərgindir, insanlar təşvişdədir, çünki yaşayış məntəqələrinin və kritik infrastrukturun atəşə tutulması davam edir”, - deyə Kliçko qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol