Menu

NATO Rusiyaya xəbərdarlıq edib

04.03.2022, 17:20
NATO Rusiyaya xəbərdarlıq edib

“Ukraynada humanitar dəhlizin yaradılması ilk addım olmalıdır”.

“Report” xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Alyansa üzv olan ölkələrin xarici işlər nazirlərinin Belçikanın paytaxtı Brüssel şəhərində baş tutan fövqəladə iclasından sonra keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, Alyans Rusiyaya ağır sanksiyalar tətbiq edir: “Putin addımlarına davam etsə, daha ağır sanksiayalarla üzləşəcək. Ukraynaya dəstəyimiz davam edir. Amma biz heç bir halda müharibənin birbaşa iştirakçısı olmayacağıq. Bu, dünya üçün daha böyük təhlükə yarada bilər. Rusiya beynəlxalq ictimaiyyət arasında qınanılır. Putin məsələnin həlli üçün diplomatiya yolunu seçməlidir”.

Şərhlər

Nigar 2022-03-04 17:27:12

Axı Rusiya diplomatik addımlar ata bilmir. Rusiya torpaq həvskarıdır. Orda əhalinin sayı azalır, amma rus torpaqdan doymur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol