Menu

Monteneqro Rusiya təyyarələri üçün hava məkanını bağlayıb

05.03.2022, 09:05
Monteneqro Rusiya təyyarələri üçün hava məkanını bağlayıb

Monteneqro Ukraynaya müdaxiləsi ilə əlaqədar Rusiya təyyarələri üçün hava məkanını bağladığını elan edib.

"Report" xəbər verir ki, bu barədə Monteneqronun RTCG teleradio şirkəti məlumat yayıb.

Məlumata görə, Monteneqro Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi bütün məhdudlaşdırıcı tədbirlərə qoşulub.

Bundan əvvəl Avropa İttifaqına üzv ölkələr, ABŞ və Kanada öz hava məkanını Rusiya təyyarələri üçün bağlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol