Menu

Rusiya Ukraynanın iki şəhərində sükut elan etdi

05.03.2022, 10:34
Rusiya Ukraynanın iki şəhərində sükut elan etdi

Rusiya tərəfi martın 5-də yerli vaxtla saat 10:00-dan etibarən Ukraynada sükut elan edib.

"AzPolitika.info" xəbər verir ki, bununla bağlı “RİA Novosti” Rusiyanın Müdafiə Nazirliyinə istinadla məlumat yayıb. Məlumatda deyilir ki, Rusiya Mariupol və Volnovaxa şəhərlərindən dinc əhalinin çıxışı üçün humanitar koridor yaratmaq məqsədilə bu addımı atıb. Xəbərdə məsələnin Ukrayna tərəfi ilə razılaşdırıldığı qeyd olunsa da, rəsmi Kiyev hələ ki, Rusiyadan hər hansı təhlükəsizlik təminatı aldığına dair məlumat yaymayıb.

Xatırladaq ki, hazırda adı yuxarıda qeyd edilən şəhərlərlə yanaşı, bir çox yaşayış məntəqələrində Rusiya işğalı nəticəsində humanitar fəlakət yaşanır.  

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol