Menu

Türkiyə və Qazaxıstan müntəzəm aviareyslərin sayını artırmaq niyyətindədir

05.03.2022, 12:48
Türkiyə və Qazaxıstan müntəzəm aviareyslərin sayını artırmaq niyyətindədir

Qazaxıstanın Baş naziri Əlixan Smailov və Türkiyənin vitse-prezidenti Fuat Oktay Nur-Sultanda Qazaxıstan-Türkiyə ticarət-iqtisadi hökumətlərarası komissiyasının 12-ci iclasını keçiriblər.

Bu barədə marın 4-də TASS Qazaxıstan hökumətinin mətbuat xidmətinə istinadla xəbər verib.

Agentliyin xəbər verdiyi kimi, tərəflər nəqliyyatın qarşılıqlı faydalı sferalarını, o cümlədən, müntəzəm aviareyslərin sayını artırmağı müzakirə ediblər. «İclasın gedişində tərəflər iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın geniş spektrini müzakirə ediblər. Xüsusilə, tranzit-nəqliyyat, sənaye, turizm, geologiya, səhiyyə və aqrar-sənaye kompleksi sahəsində qarşılıqlı fəaliyyət məsələlərinə baxılıb. Həm də iki ölkə arasında aviaxətlərin coğrafiyasının genişləndirilməsinə və müntəzəm reyslərin saynın artırılmasına diqqət ayrılıb» - mətbut xidmətinin xəbərində deyilir.

İclasda qeyd olunub ki, Türkiyə Qazaxıstanın prioritet ticarət-iqtisadi və investisiya həmkarlarından biridir. Ötən ilin yekunlarına görə, iki ölkə arasında əmtəə dövriyyəsi 33 faiz artıb və 4,1 milyard dolları adlayıb.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol