Praqada iaşə müəssisələrinin çoxunda Rusiyadan olan müştərilər üçün yeni şərtlərlə elan lövhələri meydana çıxıb. Restoranda sifariş vermək üçün Putinə və Lukaşenkoya görə üzr istəmək lazımdır.
Sosial şəbəkə istifadəçiləri bu elanların Praqa kafelərindəki fotolarını bölüşürlər, şəkildə Rusiya vətəndaşları üçün rus dilində təlimat yazılıb. Təlimatda sifariş verməyin şərtləri göstərilib.
Rus müştərilərdən xahiş olunur ki, rus olduqarı üçün üzr istəsinlər və doğma ölkələrindən üz döndərsinlər.
Bundan başqa, müəssisə var ki, oraya rus turistlər buraxılmır və bildirilir ki, onlar rus və belaruslu işğalçılara xidmət göstərmirlər.
AzPolitika.info


Şərhlər