Menu

“Sağlam Yaşa” Cəlilabadda tədbir keçirib - Fotolar

05.03.2022, 16:46
“Sağlam Yaşa” Cəlilabadda tədbir keçirib - Fotolar

“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 04 fevral 2022 ci il tarixində Cəlilabad rayonunda “Gənclərimizi zərərli vərdişlərdən qoruyaq” adlı layihə həyata keçirib. 

Rayonda yerləşən Z.Əliyeva adına 7 nömrəli tam orta məktəbdə təşkil edilən tədbiri giriş sözü ilə məktəbin müəllimi İbrahim Məmmədov açaraq iştirakçıları salamlayıb. Təşkilatın nümayəndəsi Tələt Qəribov mövzu ətrahında geniş məlumat verib. 

O narkomaniyanın cəmiyyətə gətidiyi bəlaları bu cür xarakterizə edib: 1. Ailədaxili cinayətlərin artması. 2 Boşanma hallarının çoxalması. 3. Yol nəqliyyat hadisələrinin çoxalması. 4. Xəstə doğulan uşaqların sayında artım və.s. Rayon İH-in azyaşlılarla iş şöbəsinin nümayəndəsi Tahir Qarayev, rayon xəstəxanasının həkimi Hilal Quliyev narkomaniya haqqında, onun törətdiyi fəsadlar barədə məlumat verdilər. Şagirdlərdən Mehdi Muradov, Maqsud Zeynalov, Günəş Mərdanova, Leyla Əliyeva və başqaları narkomaniya haqqında müzakirələrə qoşuldular. 

Bəşəri bəla olan narkomaniyanın sərhəd tanımadan genişlənməsi gənclərimizi də narahat edir. Ölkəmizdə ciddi şəkildə qanunun aliliyi və işləkliyini təmin etməklə, vətəndaş məsuliyyətini və maarifçilik tədbirlərini artırmaqla bu bəlanın miqyasını əhəmiyyətli dərəcədə azaltmaq olar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol