Menu

"Dəniz piyadaları Rusiyanın 4 helikopterini vurub" - Ukrayna Hərbi Dəniz Donanması

05.03.2022, 18:00
"Dəniz piyadaları Rusiyanın 4 helikopterini vurub" - Ukrayna Hərbi Dəniz Donanması

Ukraynanın dəniz piyadaları Nikolayev ətrafında Rusiyanın 4 helikopterini vurub.

“Report” UNİAN-a istinadən xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələri Hərbi Dəniz Donanmasının mətbuat xidməti yayıb.

Ukrayna Silahlı Qüvvələri Hərbi Dəniz Donanmasının komandanı kontr-admiral Aleksey Neijpapa qeyd edib ki, bir dəniz piyadası 3 helikopter vurub.

Qeyd edək ki, Ukrayna hərbçiləri martın 5-dək Rusiyanın 39 döyüş təyyarəsi və 40 helikopterini vurduqlarını bildiriblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol