Menu

Ukrayna Müdafiə Nazirliyi xarici ölkələrdəki vətəndaşlarına müraciət edib

05.03.2022, 21:27
Ukrayna Müdafiə Nazirliyi xarici ölkələrdəki vətəndaşlarına müraciət edib

Ukrayna Müdafiə Nazirliyi xarici ölkələrdə yaşayan vətəndaşlarına müraciət edib. “Report” xəbər verir ki, bu barədə nazirliyin tviter səhifəsində yazılıb.

“Ukrayna xarici ölkələrdəki vətəndaşlarını Avropada sülh və demokratiya uğrunda mübarizəyə qoşulmağa çağırıb. İndi hərəkət etməyin vaxtıdır. Beynəlxalq müdafiə legionuna qoşulun və dünyanı Rusiyanın təcavüzündən qorumağımıza kömək edin”, - deyə məlumatda bildirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol