Bakı Dövlət Universitetinin (BDU) müəllimi Məhəmməd Məmmədov vəfat edib. Bu barədə “Report”a BDU-dan bildirilib.
Məlumata görə, universitetin filologiya fakültəsinin Ümumi dilçilik kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru bu gün dünyasını dəyişib.
O, dil nəzəriyyəsi, müqayisəli-tipoloji dilçilik və müqayisəli-tarixi dilçilik sahələrində tədqiqatların müəllifidir.



Şərhlər