Ukrayna Dəniz Piyadaları Komandanlığı gecə Xerson vilayətinin Çernobayevka aerodromunda 30-dan çox Rusiya helikopterinin məhv edildiyini açıqlayıb.
"Gecə Ukrayna əsgərləri Xerson yaxınlığındakı Çernobayevka aerodromunu mühasirəyə aldılar. İşğalçılar hava donanmasının bir hissəsini orada yerləşdirmişdi. Hücum nəticəsində düşmənin 30 helikopteri, eləcə də xeyli sayda canlı qüvvəsi və texnikası tərəfimizdən məhv edilib", - deyə açıqlamada qeyd edilir.
Dəniz Piyadaları Komandanlığının məlumatında daha sonra qeyd edilir ki, ötən gün Nikolayev şəhərinin kənarında düşmənin 3 hərbi karvanı məhv edilib, ukraynalı hərbçilər çoxlu sayda döyüş sursatı, zirehli avtomobillər, 7 ədəd D-20 haubitsalarını qənimət kimi ələ keçiriblər.
"AzPolitika.info"


Şərhlər
Eşq olsun.Allah qüvvət versin.