Menu

"Rusiya Ukraynadakı döyüş gücünün demək olar ki, 100%-ni istifadə edib" - Pentaqon

08.03.2022, 00:50
"Rusiya Ukraynadakı döyüş gücünün demək olar ki, 100%-ni istifadə edib" - Pentaqon

ABŞ Müdafiə Nazirliyi bildirib ki, Rusiya Ukraynaya 625-dən çox raket atıb və demək olar ki, bütün tədarük etdiyi döyüş gücünü istifadə edib. Bu barədə Amerikanın CNN telekanalı məlumat yayıb.

ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi bildirib ki, Rusiyanın Ukrayna-Belarus sərhədində yerləşdirilən əvvəlcədən hazırlanmış döyüş gücünün “təxminən 100%-i” artıq Ukraynadadır.

Pentagon rəsmisi bildirib ki, Rusiya həmçinin Ukraynaya 625-dən çox raket atıb.

Martın 7-də səhər saatlarına olan məlumata görə, Pentaqonun hesablamalarına görə, Rusiya Federasiyası müharibənin ilk günündən Ukraynaya 600 raket atıb. Bundan əlavə, onlar sərhədlərdə toplanan döyüş gücün 95%-dən istifadə ediblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol