Menu

“Hamımız yerimizdəyik, mən Kiyevdə qalıram” - Zelenski

08.03.2022, 09:30
“Hamımız yerimizdəyik, mən Kiyevdə qalıram” - Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski qərargahında video çəkib və onun Kiyevdə qaldığını vurğulayıb.

“Report” UNİAN-a istinadən xəbər verir ki, bu barədə onun videomüraciətində deyilir.

"Budur, Kiyev axşamı, Ofisimiz. Bazar ertəsi, axşam...Bu gün mübarizəmizin, müdafiəmizin 12-ci axşamıdır. Hamımız yerimizdəyik, hamı işləyir. Hər kəs lazım olan yerdədir. Mən də Kiyevdəyəm, komandam mənimlədir”, - Prezident qeyd edib.

O əlavə edib ki, Kiyevdə qalır.

"Mən burada qalıram, Kiyevdə qalıram. Bankovada. Gizlənmədən. Həm də heç kimdən qorxmuram. Nə qədər ki, Vətən Müharibəmizdə qalib gəlmək lazımdır", - Zelenski deyib.

Şərhlər

əlil 2022-03-08 11:28:59

Allah Ukrayna Xalqını və Zelenskini qorusun!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol