Menu

Bakıda avtobus aşdı - Rəsmi açıqlama (Yenilənib)

08.03.2022, 10:47
Bakıda avtobus aşdı - Rəsmi açıqlama (Yenilənib)

Xəbər verdiyimiz kimi 7 mart 2022-ci il tarixində saat 20:30 radələrində Suraxanı rayonu “Yeni Bahar” yaşayış maasivində yol-nəqliyyat hadisəsi baş verib. Yayılan ilkin məlumatlara görə hadisə nəticəsində avtobus aşıb, 12 nəfər isə xəsarət alıb.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə isə hadisə zamanı avtobusda sərnişinlər olsa da xəsarət alan olmayıb və yayılan məlumat həqiqəti əks etdirmir:

“Azlənd-Plaza” MMC-nin müvəqəti istismarında olan 161 nömrəli müntəzəm marşrut xətti üzrə avtobus Suraxanı qəsəbəsi istiqamətində hərəkətdə olan zaman UAZ markalı yük avtomobili qarşısına çıxıb. Avtobusun sürücüsü toqquşmadan yayınmaq üçün avtobusu yol kənarındakı boş əraziyə yönəldib. Hadisə vaxtı avtobusda sərnişinlərin olmasına baxmayaraq xəsarət alan olmayıb.

Hadisə zamanı 12 nəfərin xəsarət alması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir”.

***

Bakıda avtobus qəzası baş verib. Hadisə Qaraçuxur-Hövsan yolunda qeydə alınıb.

Məlumata görə, ötən gecə "Azland Plaza" MMC-nin istismarında olan 161 saylı xətt üzrə hərəkət edən 99 MK 631 dövlət qeydiyyat nişanlı avtobus Qaraçuxur-Hövsan yolunda aşıb. Hadisə nəticəsində 12 nəfər xəsarət alıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol