Menu

“Ukraynanı silahla təmin edin. Təcili! Ləngiməyin!” – Arseni Yatsenyuk

08.03.2022, 15:21
“Ukraynanı silahla təmin edin. Təcili! Ləngiməyin!” – Arseni Yatsenyuk

Ukrayna bu gün bütün Qərb dünyasını müdafiə edir - bunu Arseni Yatsenyuk qeyd edib və əlavə edib: «Bizim günlərimiz yoxdur, saatlarımız var və siz, qərar qəbul etməlisiniz».

«NATO-nun Baş katibi bəyan edib ki, Ukrayna üzərində səmanın bağlanması barədə qərar indi reallaşdırıla bilməz. Bu, bizim müttəfiqlərimiz tərəfindən düzgün deyil. Amma əgər siz, səmanı bağlaya bilmirsinizsə, tez bir zamanda Ukraynaya hərbi aviasiya, qırıcılar, raket əleyhinə müdafiə və hava hücumundan müdafiə vasitələri verin» - 2014-2016-cı illərdə Ukraynanın Baş naziri olmuş Arseni Yatsenyuk «Especco» telekanalının efirindən deyib.

«Əgər siz, hesab edirsinizsə ki, bu, yalnız Ukraynaya aiddir, o zaman bizim qərbli müttəfiqləriimizə mənim cavabım belə olardı: Əgər, Allah eləməmiş, Putin Ukraynanın müdafiəsini yarsa, o, Ukraynada dayanmayacaq» - o, qeyd edib.

«Onlar üçün ismarış aydındır - təcili Ukraynanı silahla təmin edin. Təcili! Ləngiməyin. Onsuz da 8 il ləngimisiniz. Ukraynaya imkan yaradın ki, özünü müdafiə etsin, çünki hörmətli avropalılar və hörmətli NATO-lular, biz həm də sizi müdafiə edirik» - Yatsenyuk qeyd edib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol