Menu

Ukraynada 474 mülki şəxs həyatını itirib

08.03.2022, 22:23
Ukraynada 474 mülki şəxs həyatını itirib

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində 474 mülki şəxs həyatını itirib, 861 dinc sakin yaralanıb. “Report” xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə Ali Komissarlığı (OHCHR) məlumat yayıb.

“İnsan ölümünün əksəriyyətinə böyük məhvetmə radiusuna malik silahlardan istifadə, o cümlədən ağır artilleriya və yaylım atəşi, eləcə də hava zərbələri səbəb olur”, - məlumatda deyilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol