Rusiya Xarici İşlər Nazirliyi Ukraynaya silah və hərbçi göndərən ölkələrə xəbərdarlıq edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib.
O bildirib ki, Ukraynaya silah və hərbçi göndərən ölkələr məsuliyyət daşıyırlar:
“Biz bu barədə öz səfirliklərimiz vasitəsilə məlumat vermişik. Diplomatlarımız mövqeyimizi açıq şəkildə ifadə ediblər".
Qeyd edək ki, fevralın 27-də Ukrayna prezidenti Volodimir Zelenski ölkədə xarici ərazi müdafiə legionunun yaradıldığını elan edib. Ardınca isə hərbi əməliyyatlarda iştirak etmək üçün xaricdən ölkəyə gələnlər üçün vizasız rejim tətbiq etmək qərarına gəlib.


Şərhlər
Rusiya, dünyanı qarışdıran iki ölkədən biridir və dünyada olan müharibə ocaqlarında işlədilən silahların əksəriyyəti Rusiya istehsalıdır. Rusiya özünü dünyanın jandarmı hesab edir, erməniyə gizli və ya aşkar silah ötürür və s... deməli rusiyaya olar başqasına olmaz. Dünyanın ən şovinist, ən qəddar, ən qəsbkar dövlətidir...