“PUTİN ARTIQ MƏĞLUB OLUB, HAKİMİYYƏTDƏ DƏ QALA BİLMƏYƏCƏK” - “Rusiya uduzsa, onun “sülhməramlı” adı ilə Azərbaycana soxulan hərbçilərini...”
Elçin Şıxlı : “Rusiyanın Ukraynaya hücumuna haqq qazandıran şəxslərin beyni xarabdır... “Beşinci kolon” adlandırdığımız şəxslər Azərbaycana yeridilib və onların sayı az deyil.”
“Sanksiyaları yumşalmasa, rus iqtisadiyyatı təxminən iyul ayına qədər duruş gətirə biləcək. Qərb rus iqtisadiyyatını çökdürmək niyyətindədir, biz mümkün qədər bu savaşda ortada olmamalıyıq”
Rusiya Ukraynanı işğal etmək üçün hərbi əməliyyatlarını davam etdirir. Kreml açıq elan edir ki, Ukraynanı tam nəzarətə almadan dayanmayacaqlar. Halbuki, döyüş meydanındakı vəziyyət hələlik Moskvanın arzuları ilə üst-üstə düşmür.
“AzPolitika.info” Ukrayna mövzusunu “Ayna-Zerkalo” qəzetinin təsisçisi, analitik Elçin Şıxlı ilə müzakirə edib:
- Elçin müəllim, Ukraynaya qarşı təcavüz geopolitik baxımdan hansı reallıqları ortaya çıxarır?
- Geopolitik düzənə baxdıqda sanki dünyanın yenidən qurulduğunu görürük. Ukrayna müharibəsinin yekunu olaraq Qərb-Rusiya münasibətləri yeni müstəviyə keçəcək. Qərb nəhayət, Putini və Rusiyanı anlamağa başladı. Bundan əvvəl sabiq ABŞ Prezidenti Barak Obama Rusiyaya güzəştə gedirdi, Merkel görməzdən gəlirdi, London Moskvanı düz yola dəvət edirdi... Qərb elə bilirdi ki, Putinlə danışmaqla onu yola gətirmək mümkün olacaq. Amma Putinin xisləti tam başqadır. Putin hakimiyyətdə qalmaq üçün daim hərbi kampaniyalar, partlayışlar, təxribatlar və s. törədir, sonra da guya bunların öhdəsindən gəldiyini nümayiş etdirir.
Putinin Ukrayna planı 2014-cü ildən başlayıb. Krımı işğal və ilhaq etdi, daha sonra Donbasda iki saxta qurum yaratdı. Qonadrma referendum keçirərək bizdə Qarabağda erməni separatçılrının yaratdığı “rejimə” bənzər qurumlar düzəltdi. Daha sonra onları tanıdı. Nəhayətdə Ukraynaya hücum etdi. Qarşıdan SSRİ-nin 100 illiyi gəlir və Putin SSRİ-ni bərpa etmək istəyir. Hərəkət və davranışları bunu deyir. Bunun da səbəbləri var. Rusiyanın ərazisi böyükdür, amma əhalisi ildə 200 min nəfər azalır. Bu adam ətrafdakı qonşularının ərazisini ilhaq etməklə boşluqları doldurmaq istəyir. Çünki Rusiya özü-özünü dolandıra bilmir. Yəni hərbi və siyasi addımların görünməyən tərəfində həm də iqtisadiyyat dayanır.
- Sizcə, Putinin məqsədlərinə çatması nə dərəcədə realdır?
- Putin özü Ukrayna mövzusunda danışarkən deyir ki, hər şey onun planına uyğun gedir. Tamamilə yalandır. Putin artıq məğlub olub. Mümkündür ki, Xarkovu ələ keçirsin, Mariupolu işğal etsin. Amma Putin artıq məğlub olub. Əvvəla buraxdığı səhvlər sayəsində Ukraynada böyük həmrəylik dalğası yaradıb, artıq şərq və qərb anlayışı tam aradan qalxıb. Düzdür, milyondan çox ukraynalı qaçqındır. Amma onların əksəriyyəti qadınlar və uşaqlardır. Kişilər bu saat Putinə qarşı savaşır. Yaddan çıxmamalıdır ki, SSRİ ordusunun zabitlərinin azı 50 faizi ukraynalılar olub. Onlar hər zaman döyüşüb. II Dünya Müharibəsində partizan hərakatı Ukraynada daha güclü olub. Yəni onlar döyüşməyə başlayıblar və bunu da bacarırlar. Putin açıq deyir ki, ukraynalılar yoxdur, onlar elə bizim millətdir. Elə buna görə də, indi Ukraynada özündən güclüsünə rast gəlib.
Söhbət ondan gedir ki, məqsəd Ukraynanı ələ keçirmək, daha sonra xarici düşmən axtarmaqdır. İndi Putin hərbi kampaniyanı ona görə aparır ki, 2024-cü ildə rahat şəkildə yenidən hakimiyyətdə qalsın. Amma bu gedişlə qalmayacaq.
- Niyə, hansı səbəblərdən qala bilməyəcək?
- Birincisi ona görə ki, indi camaat Rusiyadan qaçır. Qərb Rusiyanın indiyə qədər gözləmədiyi sanksiyalar tətbiq edir. Sanksiyalar faktiki olaraq Rusiyanın blokadası deməkdir. Artıq Tolyatti şəhərindəki məşhur avtomobil zavodu işləmir, çünki ehtiyat hissələri yoxdur. Bəzi hesablamalara görə, Qərb sanksiyaları yumşalmasa, əksinə genişlənməkdə davam etsə, rus iqtisadiyyatı təxminən iyul ayına qədər duruş gətirə biləcək. Hazırda rubl dollara qarşı iki dəfə ucuzlaşıb. Üstəlik, “qara bazar”da 1 dollar az qala 250 rubldur. Elə bu, faktiki uduzmaqdır. Putin artıq ən yaxın silahdaşlarından 10 metr kənarda oturur. Bu, o deməkdir ki, adam həyatından, təhlükəsizliyindən narahatdır, çəkinir, ehtiyat edir. Bunlar uduzmaq deyil, nədir?
- Belə iddialar var ki, Rusiyanın Ukraynadakı hərbi uğursuzluğu Kremldə hakimiyyət dəyişikliyini stimullaşdıra bilər...
- Rusiya əhalisinin ayağa qalxıb rus hökumətinə ciddi etiraz edəcəyi inandırıcı deyil.
- Söhbət saray daxili maraqlar toqquşmasından, hakimiyyət intriqalarından gedir...
- Bəli, bu, mümkündür. Çünki hazırda ortalıqda iki fiqur var. Biri Abramoviç, digəri Əlişir Usmanov. Onlar Putinə yaxındırlar. Abramoviçin pullarının əksəriyyəti “partiyanın” pullarıdır. İndi də “Çelsi” futbol komandasını 3,5 milyarda satır. Əlişir Usmanovun varidatına ABŞ və Britaniya həbs qoymuşdu. İndi ona hüquq tanıyırlar ki, pullarından istifadə edə bilər, amma heç cür qazanc əldə etmək məqsədilə iş görə bilməz. Ehtimal etmək olar ki, bu şəxslərlə hansısa danışıqlar da aparılır. Yerdə qalan digər milyarderlər də tədricən danışmağa başlayacaqlar. Təsəvvür edin ki, Kseniya Sobçak Türkiyəyə qaçıb, Alla Puqaçova artıq Latviyadadır. BBC-nin reportajından aydın görünür ki, əlində vizası və imkanı olan ruslar avtomobillərlə Finlandiyaya qaçır. Rusiyadan köç başlayır. Yerdə qalan əhaliyə gəldikdə, bəzi qaynaqlar deyir ki, Rusiya əhalisinin 60 faizindən çoxunun xarici pasportu yoxdur, bu adamlar heç ömründə qaldıqları şəhərlərdən kənara çıxmayıblar, Rusiya daxilində də səyahət etməyiblər. Onlar üçün sanksiyanın əhəmiyyəti yoxdur. Bu kütlə ölkə həyatına da təsir etmir. Putinin əleyhinə nəsə baş versə, bu da Moskvada, Sankt-Peterburqda və digər bir neçə iri şəhərlərdə baş verə bilər. Eyni zamanda Rusiyanı daxil olduğu ağır və çətin yoldan çıxarmaq üçün saray daxilində hansısa olayların yaşanması mümkündür.
- Sizcə, Ukrayna hara doğru gedir və hansı nöqtədə dayanmalı olacaq?
- Ukrayna dünyada tanınır. Parisdəki Eyfel qülləsindən tutmuş Kanadaya qədər bu ölkəyə dəstək aksiyaları keçirilir. Həmin ölkələrin hökumətlərinə xalqları təsir göstərir ki, Kiyevə dəstək versinlər. Bu hökumətlər də xalq tərəfindən seçildiyi üçün xalqın tələbini yerinə yetirməyə borcludurlar. Ukraynaya ciddi köməklik edilir. Məncə, müahrbədən sonra Ukraynaya böyük pullar gələcək. Bu günlərdə ABŞ Konqresi Ukraynaya 10 milyard dollar yardım göstərəcək. Yəni, Ukraynaya dünyanın hər tərəfindən dəstək gələcək. Ağlımız özümüzə getməsin. Biz öz torpağımızı işğaldan azad edəndə bütün dünya üstmüzə tökülüşmüşdü. Ukraynanın perspektivi açılacaq.
- Əgər Putinin cəngindən xilas ola bilsə...
- Bəli, Putinin cəngindən qurtara bilsə, Ukraynanı Avropa Birliyinə, NATO-ya qəbul edəcəklər. Eləcə də ölkənin ayağa durmasına, iqtisadiyyatının qurulmasına dəstək verəcəklər.
- Amma hazırda Ukrayna hökuməti açıq bildirir ki, Qərb onlara lazım olan dəstəyi vermir...
- Lazım olan dəstək verilir. Verilməyən dəstək yalnız Ukrayna səmasının bağlanması məsələsidir. Bundan başqa bütün dəstəyi verirlər, xaricdən Ukraynaya gələn minlərlə döyüşçü var. Ukraynaya silahlar ötürülür, maliyyə dəstəyi edilir. Düzdür, hələlik Kiyevə döyüş təyyarələri verilməyib, amma verəcəklər. Ukrayna səmasını rus aviasiyasından qorumaq üçün Kiyevin irəli sürdüyü tələblər də yerinə yetiriləcək.
Ən vacibi odur ki, ukraynalıların döyüşdüyünü görən Qərb onlara hər cür dəstək verir və gələcəkdə daha çox verəcək. Çünki Ukrayna ancaq özü üçün döyüşmür, elə Avropaya görə də döyüşür. Boynumuza almalıyıq ki, Ukrayna həm də post-sovet ölkələri üçün vuruşur. Bizim üçün, Qazaxıstan, Gürcüstan, elə Ermənistan üçün də döyüşür. Ukrayna qalib gəlsə, ola bilsin ki, Rusiya bir müddət caynaqlarını bu ölkələrdən çəkər.
- Putin Ukraynada məğlub olsa, yaxud qalib gəlsə, bunun MDB məkanına hansı təsiri olacaq?
- Mənim fikrimcə, Putin Ukraynada qalib gəlməyəcək. Ola bilsin ki, Ukraynanın hansısa şəhərlərini tutsun, amma qalibiyyət yoxdur, Putin artıq uduzub. Əgər uduzacaqsa, “sülhməramlı” adı ilə Azərbaycana soxulan və erməni separatçılara dəstək verən hərbçiləri protokola görə, zamanı gələndə rahatlıqla torpağımızdan çıxaracağıq. Yox, əgər, Ukraynada başqa cür olsa, bunlar ermənilərə səngər qazdıracaqlar. Ötən gün Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi ukraynalılara humanitar dəstək göstərən təşkilat və ərazilərin içərisində “dağliq qarabağ”in da adını çəkib. Onların xisləti budur. Onlar yalnız zorla hesablaşırlar. Bu, öz yerində. Bizdə bəzi siyasətçilərin və politoloqların belə düşüncəsi var ki, Rusiya blokadaya düşüb, bu saat Rusiyanın neft, qaz və digər mallarını satmaq üçün nəfəslik rolunu oynaya bilərik. Yəni biz, eləcə də Gürcüstan, İran, Ermənistan, Türkiyə və digərləri. Məncə, səhv edirlər. Bunu etmək istəyənlərin adları ABŞ-da var. Məsələn, bizimlə Rusiya arasında uçuşlar ikitərəfli formada dayandırılıb. Bu, əslində müsbət haldır. Gürcüstanda dayandırılmayıb. Son 3-4 gündə Gürcüstanda 200-dən çox rus şirkəti gürcü şirkətləri adı ilə qeydiyyatdan keçib. Onlar düşünürlər ki, Rusiyada istehsal olunan hansısa malın üzərinə “Gürcüstan istehsalı” yazmaqla onu dünyaya çıxarmaq mümkündür. Bizdə düşünür ki, rus neft-qazını satmaq mümkün olacaq. ABŞ və digər ölkələrin belə fikirlərdən xəbəri var. Əgər belə hallar olsa və kütləvi hal alsa, Rusiyaya tətbiq edilən iqtisadi sanksiyalar bu sanksiyaları yarmaq istəyənlərə də tətbiq edilə bilər. Məni digər ölkələr deyil, daha çox Azərbaycan və qardaş Türkiyə maraqlandırır. Hesab edirəm ki, burada çox ehtiyatlı olmaq lazımdır. Çünki Qərb rus iqtisadiyyatını çökdürmək niyyətindədir. Biz mümkün qədər bu savaşda ortada olmamalıyıq.
- Elçin müəllim, sosial şəbəkələrin Azərbaycan seqmentində Rusiyanın Ukraynaya hücumuna haqq qazandırmaq, bunu əsaslandırmaq istəyənlər də çoxdur. Sizcə, niyə qanlı 20 yanvardan, Xocalı qətliamından keçən Azərbaycanda belə düşünənlər var və belələrinin səmimi olduqlarını düşünmək olarmı?
- Bu, onunla bağlıdır ki, həmin şəxslərin beyni xarabdır. Hələ də rus kanallarına baxan, uşaqlarını rus məktəblərinə verən, nicatımızı Rusiyada görən, gedib Rusiyada 5-10 kilo pomidor-xiyar satmaqla pul qazanan insanların sayı çoxdur.
İkincisi, “beşinci kolon” adlandırdığımız şəxslər Azərbaycana yeridilib və onların sayı az deyil. Onların da əsas vəzifəsi Rusiyanı tərif etmək, onun təbliğatını aparmaqdır. Əslində, Rusiyanı sevmək olar, təbiəti gözəldir, ruslar içərisində normal insanlar həddindən artıq çoxdur və s. Amma siyasi nöqteyi-nəzərdən onların siyasəti bizə və ətraf ölkələrə qarşı düşmənçilik üzərində qurulub. Onlar imperiya təsəvvüründən çıxmırlar və başqasının çörəyini əlindən almaq fikrindədirlər. Onlar başqa cür yaşaya bilmirlər və buna haqq qazandıranlar ancaq təəssüf hissi yarada bilərlər.
Rasim Əliyev
“AzPolitika.info”
AzPolitika TikTokda:
Son yazılar
Обзор новинок в сфере смартфонов - Smartphone Trends 2024
Смартфоны продолжают оставаться одними из самых быстроразвивающихся технологий, предлагая пользователям новейшие решения, которые делают нашу жизнь проще и продуктивнее. В 2024 году производители уделили особое внимание инновациям в дизайне, производительности, камерах и экосистемах. Давайте подробнее рассмотрим, какие тренды и устройства формируют рынок смартфонов сегодня. Дизайн и форм-фактор Раскладные устройства Раскладные смартфоны вышли из категории нишевых продуктов и стали массовым явлением. Производители, такие как Samsung, Huawei, Oppo и Motorola, предлагают устройства, которые сочетают компактные размеры с большими дисплеями. Например, Samsung Galaxy Z Fold 6 и Huawei Mate X5 отличаются улучшенными шарнирами, более прочными экранами и более легкими корпусами. Безрамочные экраны Технологии безрамочных экранов достигли новых высот. Компании, такие как Xiaomi и Vivo, активно разрабатывают смартфоны с экранами, которые полностью обволакивают корпус устройства. Xiaomi Mix Fold Alpha 2, например, стал пионером в использовании "360-градусного" дисплея. Устойчивость к внешним условиям Новые модели смартфонов становятся всё более прочными. iPhone 15 Ultra и Samsung Galaxy S24 Ultra предлагают усиленную защиту от воды и пыли по стандарту IP68+, а также новые материалы, такие как сапфировое стекло и титановый корпус. Производительность Производительность смартфонов продолжает увеличиваться благодаря новым процессорам и увеличению оперативной памяти. В этом году важной вехой стал выпуск процессоров, созданных по технологии 3-нм, таких как Apple A18 Bionic и Qualcomm Snapdragon 8 Gen 3. Эти чипы предлагают не только мощь для сложных задач, но и повышенную энергоэффективность. Искусственный интеллект Искусственный интеллект стал неотъемлемой частью смартфонов. Новейшие модели оснащены сопроцессорами AI, которые позволяют улучшать фотографии, оптимизировать производительность и даже предлагать персонализированные функции. Например, Google Pixel 8 Pro использует алгоритмы AI для устранения шума и автоматического улучшения фотографий. Геймерские смартфоны Любители игр получают еще больше возможностей с такими устройствами, как ASUS ROG Phone 7 и RedMagic 8 Pro. Эти смартфоны оснащены активными системами охлаждения, высокочастотными экранами с частотой обновления 165 Гц и уникальными триггерами для удобного управления в играх. Камеры Камеры смартфонов 2024 года достигли новых высот, предлагая функциональность, сравнимую с профессиональными камерами. Большие сенсоры и оптический зум Смартфоны, такие как Xiaomi 14 Ultra и Sony Xperia 1 VI, оснащены крупными сенсорами, что позволяет захватывать больше света и улучшать качество изображений. Оптический зум на уровне 10x и более стал стандартом для флагманов. Видео 8K Запись видео в формате 8K становится доступной для большинства премиальных моделей. Компании также добавляют функции стабилизации, включая сенсорный сдвиг и электронную стабилизацию. Инновации в программном обеспечении Google и Apple активно работают над улучшением ночной съемки и портретного режима. Например, iPhone 15 Pro Max автоматически определяет освещение и может менять диафрагму, чтобы улучшить кадры в условиях низкой освещенности. Экосистема и программное обеспечение Смартфоны становятся частью всё более обширных экосистем. Например, Apple продвигает интеграцию с другими устройствами через iCloud+, а Samsung делает акцент на синхронизации с бытовой техникой через SmartThings. Поддержка долгосрочных обновлений Производители, такие как Samsung, Google и OnePlus, предлагают до 5 лет программной поддержки, включая обновления безопасности и новые версии операционных систем. Это делает покупку флагманов более долгосрочной инвестицией. Развитие операционных систем В 2024 году Android 14 и iOS 17 принесли множество улучшений. Android 14 делает акцент на безопасности и кастомизации, тогда как iOS 17 предлагает новые функции для взаимодействия между устройствами и улучшения в сфере конфиденциальности. Батареи и зарядка Увеличенная емкость Смартфоны, такие как Realme GT Neo 6, предлагают батареи емкостью до 6000 мАч, обеспечивающие более длительное время автономной работы. Быстрая зарядка Быстрая зарядка выходит на новый уровень. Xiaomi 14 Pro поддерживает зарядку мощностью 200 Вт, позволяя зарядить устройство до 100% за менее чем 10 минут. Беспроводная зарядка Беспроводная зарядка стала быстрее и универсальнее. Компании активно внедряют стандарты Qi2, улучшая совместимость между различными устройствами. Тренды и будущее 5G и спутниковая связь 5G стал стандартом для большинства смартфонов, но в 2024 году внимание сместилось на спутниковую связь. Apple, Huawei и Samsung предлагают базовые функции связи через спутники, такие как отправка сообщений в экстренных ситуациях. Устойчивое развитие Компании делают акцент на экологичности. Смартфоны теперь содержат больше переработанных материалов, а упаковка становится минималистичной и экологически чистой. Концептуальные устройства Концептуальные устройства продолжают вдохновлять. Например, Oppo X Nendo демонстрирует инновационный подход к складным конструкциям, а Nothing Phone 3 удивляет прозрачным дизайном и уникальными световыми эффектами. Заключение 2024 год стал годом значительных инноваций в сфере смартфонов. От улучшенных камер и мощных процессоров до новых форм-факторов и экосистем — выбор устройств огромен, и каждый пользователь найдет то, что соответствует его потребностям. Следите за новыми анонсами, ведь мир технологий не стоит на месте!
Обзор новинок в сфере ноутбуков - Laptop Trends 2024
Рынок ноутбуков в последние годы демонстрирует стремительное развитие, предлагая пользователям устройства, способные удовлетворить самые разные потребности — от работы и учебы до профессионального творчества и гейминга. В 2024 году производители сосредоточились на улучшении производительности, портативности, энергоэффективности и внедрении инновационных технологий. В этой статье мы подробно рассмотрим ключевые новинки и тренды в сфере ноутбуков. Дизайн и конструкция Тонкость и легкость Компании продолжают стремиться к созданию более компактных и легких ноутбуков. Новые модели, такие как Dell XPS 13 Plus 2024 и LG Gram SuperSlim, устанавливают новые стандарты в портативности, сохраняя при этом высокую производительность. Использование материалов, таких как магниевый сплав и углеродное волокно, делает устройства прочными и невероятно легкими. Экранные инновации Технологии дисплеев играют важную роль в новых моделях ноутбуков: OLED-дисплеи становятся все более популярными благодаря превосходному качеству изображения, глубокому черному цвету и высокой энергоэффективности. Например, ASUS ZenBook Pro 16X оснащен 4K OLED-панелью с высоким уровнем яркости. Мини-LED технологии, используемые в устройствах, таких как Apple MacBook Pro M3, предлагают превосходную цветопередачу и контрастность. Сенсорные экраны становятся стандартом для многих моделей 2-в-1, включая HP Spectre x360. Расширение экранов Устройства с дополнительными экранами набирают популярность. Например, ASUS ROG Zephyrus Duo 16 предлагает дополнительный дисплей для удобного многозадачности, что особенно ценно для креаторов и геймеров. Производительность Новые процессоры В 2024 году лидеры индустрии, такие как Intel, AMD и Apple, представили мощные процессоры: Intel Core 14-го поколения предлагает значительное улучшение однопоточной и многопоточной производительности благодаря усовершенствованной архитектуре. AMD Ryzen 8000 отличается увеличенной энергоэффективностью и интеграцией графики RDNA 3. Apple M3 устанавливает новые стандарты для ARM-архитектуры, обеспечивая превосходную производительность и долгую автономную работу. Графика нового поколения Графические процессоры NVIDIA RTX 40-й серии стали ключевым элементом для игровых и профессиональных ноутбуков. Такие устройства, как Razer Blade 18 и Alienware x16, поддерживают трассировку лучей в реальном времени и технологии DLSS 3, обеспечивая невероятное качество графики. Оперативная память и хранилище В новых моделях ноутбуков используется оперативная память стандарта DDR5, которая обеспечивает более высокую скорость и энергоэффективность. Для хранения данных всё чаще применяются SSD NVMe 4.0, предлагающие молниеносную скорость загрузки и передачи данных. Энергоэффективность и автономность Энергоэффективность стала одним из главных приоритетов для производителей ноутбуков. Новые чипы от Apple и AMD демонстрируют выдающуюся автономность — до 20 часов работы без подзарядки. Например, MacBook Air M3 и Lenovo ThinkPad X1 Carbon Gen 12 предназначены для долгосрочного использования в мобильных условиях. Быстрая зарядка Современные ноутбуки поддерживают технологии быстрой зарядки. Например, устройства с зарядкой 100 Вт через USB-C могут восстановить до 50% заряда за 30 минут. Искусственный интеллект и машинное обучение Встроенные ИИ-ускорители Некоторые новые процессоры оснащены интегрированными ИИ-ускорителями, которые оптимизируют задачи машинного обучения, улучшают видеоконференции и повышают энергоэффективность. Например, Microsoft Surface Laptop Studio 2 использует ИИ для улучшения работы камеры и микрофонов. Программное обеспечение Производители интегрируют ИИ в программные платформы. Например, Windows 11 добавляет функции интеллектуального управления батареей, а macOS Sonoma делает взаимодействие с экосистемой Apple более интуитивным. Игровые ноутбуки Игровые ноутбуки продолжают совершенствоваться, предлагая пользователям ещё больше мощности и функциональности. В 2024 году особое внимание уделяется: Экранам с частотой обновления до 360 Гц (например, MSI Titan GT77 HX). Поддержке Ray Tracing и технологий повышения FPS, таких как NVIDIA DLSS 3. Охлаждающим системам, включающим жидкометаллические термоинтерфейсы и паровые камеры. Тренды и инновации Экологичность Многие производители делают акцент на экологически чистых материалах и переработке. Например, Acer Aspire Vero 2024 изготовлен из переработанного пластика и имеет упаковку, пригодную для повторного использования. Ноутбуки с 5G Подключение к сетям 5G становится стандартом для премиальных моделей, таких как HP Elite Dragonfly G4, что обеспечивает высокую скорость передачи данных в любом месте. Концептуальные устройства Производители экспериментируют с новыми форм-факторами. Например, Lenovo Yoga Book 9i предлагает два полноценных сенсорных экрана, которые можно использовать в различных конфигурациях. Заключение 2024 год принес множество интересных новинок в сфере ноутбуков. Производители продолжают удивлять инновациями, создавая устройства, которые становятся не только инструментами для работы, но и настоящими помощниками в повседневной жизни. Независимо от ваших потребностей — будь то творчество, гейминг или бизнес — вы наверняка найдете ноутбук, который удовлетворит все ваши требования.
Тренды крипторынка 2024 - Crypto Market Trends
Криптовалютный рынок — одна из самых динамично развивающихся областей финансовых технологий. Несмотря на высокую волатильность и неоднозначное отношение регуляторов, интерес к криптовалютам продолжает расти. В этой статье мы рассмотрим ключевые тренды, которые определяют развитие крипторынка в 2024 году. Усиление регулирования Регуляторная прозрачность В 2024 году многие страны усиливают свои усилия по регулированию крипторынка. Основной акцент делается на: Борьбу с отмыванием денег (AML) и финансированием терроризма (KYC-процедуры). Защиту интересов розничных инвесторов через создание стандартов для криптобирж. Разработку национальных стратегий регулирования. Примером может служить Европейский Союз с инициативой MiCA („Markets in Crypto-Assets“), которая устанавливает единые правила для участников криптовалютного рынка. CBDC (Цифровые валюты центральных банков) Страны продолжают активно разрабатывать и внедрять цифровые версии национальных валют. Такие проекты, как e-CNY в Китае и пилотный Digital Euro, направлены на повышение эффективности платежных систем и сокращение доли наличных расчетов. Расширение применения блокчейн-технологий Токенизация активов Тренд токенизации активов продолжает набирать обороты. Блокчейн позволяет: Создавать токены, представляющие реальные активы, такие как недвижимость, произведения искусства и ценные бумаги. Упрощать доступ к инвестициям благодаря дробным долям. DeFi 2.0 Финансовые сервисы на основе блокчейна (DeFi) переходят на новый уровень. В 2024 году проекты сосредотачиваются на: Устойчивости бизнес-моделей. Повышении безопасности. Разработке гибридных решений, сочетающих централизованные и децентрализованные элементы. Пример: платформы, предоставляющие стейкинг с улучшенной ликвидностью и страхованием. NFT 2.0 Рынок невзаимозаменяемых токенов (NFT) меняется. Если в прошлом он был сосредоточен на цифровом искусстве, то теперь NFT используются в: Игровой индустрии для создания внутриигровых активов. Метавселенных для представления виртуальной недвижимости. Управлении интеллектуальной собственностью. Метавселенные и Web3 Интеграция криптовалют в метавселенные Метавселенные, такие как The Sandbox и Decentraland, активно используют криптовалюты для внутриигровой экономики. Пользователи могут зарабатывать токены, участвуя в мероприятиях или создавая контент. Развитие Web3 Технологии Web3 предлагают новый взгляд на интернет: Полная децентрализация данных. Управление через DAO (децентрализованные автономные организации). Прозрачность и безопасность операций. Углеродная нейтральность Критика криптовалют за высокий углеродный след стимулирует разработчиков переходить на экологичные алгоритмы. Примером служит переход Ethereum на алгоритм Proof-of-Stake, который сократил энергопотребление сети на 99%. Другие проекты, такие как Chia и Algorand, делают ставку на энергосберегающие механизмы консенсуса. Институциональное принятие Участие традиционных финансов Банки и инвестиционные компании увеличивают свои вложения в криптоактивы. В 2024 году такие гиганты, как BlackRock и Goldman Sachs, предлагают клиентам доступ к криптовалютным ETF и другим инструментам. Криптовалюты в розничной торговле Все больше компаний интегрируют криптовалютные платежи. Например: PayPal предлагает оплату в криптовалюте. Сеть магазинов Starbucks принимает биткоины через Lightning Network. Автоматизация торговли Алготрейдинг Трейдеры используют алгоритмы и ИИ для анализа рынка и выполнения сделок. Это позволяет: Реагировать на изменения быстрее человека. Снижать риски за счет диверсификации стратегий. Платформы социального трейдинга Популярность таких платформ, как eToro, продолжает расти. Инвесторы могут копировать стратегии успешных трейдеров, что упрощает вход для новичков. Основные вызовы Безопасность Кибератаки остаются одной из главных угроз. В 2024 году проекты уделяют больше внимания: Защите смарт-контрактов. Обучению пользователей принципам кибербезопасности. Волатильность Криптовалюты остаются высоковолатильным активом. Это создает сложности для их использования как платежного средства и долгосрочного хранения стоимости. Регуляторная неопределенность Несмотря на прогресс, подходы к регулированию остаются различными в разных странах, что создает барьеры для глобальной интеграции. Заключение Криптовалютный рынок продолжает эволюционировать, предлагая новые возможности для инвесторов, разработчиков и пользователей. Тренды 2024 года демонстрируют, что индустрия стремится к устойчивости, безопасности и интеграции с традиционными финансовыми системами. Тем не менее, она сталкивается с вызовами, требующими внимания и адаптации. Крипторынок остается одной из самых инновационных и перспективных областей в мире финансовых технологий.
Şərhlər
Hərdənbir ağlıma qəribə fikirlər gəlir, bilmirəm mən yerimdən oynamışam, yoxsa dünyanın ağılı yerindən tərpənib? Bir dövlət xadimi kimi Putini başa düşməyə çalışıram, çünki NATO gəlib sözün əsl mənasında onun ağzının içinə girir. Bir dövlət başçısı kimi o, ölkəsinin mənayeyini qoruyur. Amma bu o anlama gəlmir ki, bütün məsələlər suveren dövlətin məhv olması hesabına başa gəlməlidir. Şəxsən mən kimi isə məcbur edə bilmərəm ki, gəl məni çox istə. Aydın məsələdir ki, hər dövlətin öz maraqlkarı olmalıdır, lakin bu maraqların da müəyyən çərçivəsi olmalıdır. Əfsuslar olsun ki, Rusiya bu çərçivələrə sığmır. O, SSRİ-nin varisi kimi dünyaya meydan oxumaq niyyətindədir. Putin ağıllı siyasətçidir, amma son vaxtlar deyəsən ağılı qıcqırıb, SSRİ-nin müəyyən adlar altında bərpa etmək niyyətindədir. Hansısa şüşə və ya saxsı qab sınırsa onu nə qədər bərpa etsən də yenə çatlar özünü göstərəcək. Rusiya həmişə olduğu kimi öz hegemonluğundan əl çəkmək niyyətində deyil. Əgər ərazin böyükdürsə, o anlama gəlməməlidir ki, sənə hər şey etmək olar və sən etdiyin bütün hərəkətlər doğrudur. Bu dövlətin burnunda hələ də imperiya havasının iyi qalıb. Keçmiş respublikalar içində hələ ki, Azərbaycan qalıb ki, bütün bu çaxnaşmalardan üzüağ çıxıb və hələ də öz suverenliyini qoruyub saxlamaqdadır. Ancaq çox ehtiyatlanıram ki, Putin bəy nə vaxtsa Azərbaycana da əl çəksin, çünki bu dövlətə sadəcə olaraq etibar yoxdur. Necə deyərlər, onların daimi dostu və düşməni yoxdur, onun daimi maraqları var. Bu maraqlar da qan bahasına başa gəlir. İkinci dünya müharibəsində qələbədən danışanda Putin faşist Almaniyasının cinayətlərindən danışır, onları ittiham edir, lakin əməldə özü bu hərəkətləri edir. 1941-ci il 22 iyun tarixi Almaniyanın SSRİ-yə hücumu tarixin yaddaşında qaldığı kimi 2022-ci ilin 24 fevralı da tarixin yaddaşında həkk olundu. Daimi maraqlardan söhbət düşmüşkən, Qərb ölkələr də heç Rusiyadan geri qalmırlar. Ukrayna kimi dövləti əjdahanın ağzına atıb kənara çəkilmək heç də məsələnin həlli demək deyil. Qalileo Qalileyi elminə görə inkvizasiya edəndə onun tərəfdaşları, tələbələri hərə bir yandan Qalileydən sona qədər duruş gətirməyi, hakimiyyət qarşısında sınmamağa çaqırırdılar. Bu zaman Qaliley üsyan edərək səslənir ki, niyə bütün bunlara görə mən cavab verməliyəm. Qərb başda ABŞ olmaqla Ukraynanı qızışdırıb Rusiyanın ağzının içinə atdı. Məlum məsələdir ki, Rusiya kimi nəhəng dövlətlə, onun hərbi maşını ilə Ukraynanı müqayisə etmək düzgün olmazdı. Ukrayna cəsarətli dövlətdir ki, hələ ki, Rusiyaya tabe olmur. Hadisələrin gedişi onu deməyə əsas verir ki, Ukrayna xalqı bu müharibədən qalib çıxacaq, sadəcə olaraq Rusiyanı iqtisadi cəhətdən neytrallaşdırmaq lazımdır. Nə qədər zəif də olsa Rusiya öz mövqelərini qoruyub saxlaya bilir. Onu o dərəcədə zəiflətmək lazımdır ki, o heç vaxt əvvəlki qüdrətini, möhtəşəmliyini qoruyub saxlaya bilməsin. Kimin də əlindən nə gəlirsə (adi söz də kifayətdir) Ukraynalılardan əsirgəməməlidir. Gündə heç olmasa bir neçə dəfə Ukraynada yaşayan dostlarıma zəng edib ümumi vəziyyətlə maraqlanıram. Onların bizdən yeganə istəkləri odur ki, onlara görə dua edək, Allahdan onların qələbəsini arzu edək. İnşəAllah buynuzlu qoçun heyfi buynuzsuz qoçda qalmaz.
Ruslara hakk qazandiranlar , satqinlardi)Rusdar hitler kimi tezden hucum edibler, dinc ehalini qirirlar ) Neceki qarabaqda , 20 yanvarda bizi qiriblar, Indiye kimi SM adi altinda qarabaqa soxulub , diqalara do verirler, Br tez yaddan cixib ay millet ? Yashasin Azerbaycan yashasin Ukrain xalqi !!!!! Rus hokumetini ise Allah zelil elesin !!!!
rus işğalına haqq qazandıranlar məncə putin kimi dəlidirlər!
Elçin Şıxlıya və azpolitika.info saytına təşəkkür edirik, minnətdarıq. Çox gözəl xəbərdir, çox gözəl fikir mübadiləsi aparılıb.