Menu

Zelenskiyə 10 dəfədən çox sui-qəsd cəhdi olub

09.03.2022, 16:47
Zelenskiyə 10 dəfədən çox sui-qəsd cəhdi olub

“Ukrayna Prezident Volodimir Zelenskiyə 10 dəfədən çox sui-qəsd cəhdi olub”. UNİAN xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak deyib.

“Xarici tərəfdaşlarımız dövlət başçısına 2-3 dəfə sui-qəsd cəhdi olduğunu deyirlər. Amma 10-dan artıq belə cəhd olub. Bizdə operativ məlumatlar var. Dəfələrlə hökumət binasının məhəlləsinə girmək üçün cəhdlər olub”, - deyə o qeyd edib.

M.Podolyak bildirib ki, Ukraynada çox ciddi kəşfiyyat və əks-kəşfiyyat şəbəkəsi fəaliyyət göstərir: "Ona görə də mümkün təhlükələr əvvəlcədən müəyyənləşir. Bəzi məqamları açıqlaya bilmirəm. Amma Putinin əsas hədəfi Zelenskidir. Bu baxımdan Qərb mətbuatı haqlıdır”.

Xatırladaq ki, daha əvvəl Böyük Britaniyanın “The Times” qəzeti son bir həftə ərzində Zelenskiyə ən azı üç sui-qəsd cəhdinin edildiyini yazmışdı.

Şərhlər

Eli 2022-03-09 17:48:17

Bunlar hamısı Putinin işleridir.Bele naşi mübarizenin ancaq bir cavabı var......Axı dünyada normal milletlerin hamısında bir qedim adet enene var:Kişi ile kişi kimi hereket ederler,nakişi ile Kişi kimi hereket eden sonda çox pis uduzar.Axı bu Putin reqiblerini xaincesine mehv edib onları .Belelerinin cavabı ancaq bele olmalıdır.

Eli 2022-03-09 17:12:52

Putinin hemişe gücde en azı özünee bersberle deyil , hemişe özünden zeiflere qarşı hücuma keçirr.Meselen Nemçıv,Sevgilisi ile silahsız gezen adamı üç neferle hğcüm ederek öldürtdü.Bu hün şse Pütin dünya görür Putinin de,Zelenskinin de Kişiliyini.Ruslar budur.Özündrn zeiflere hürmek be difib dağıtmaq.Onlar heç tekbetek Kişi kimi vuruşa bilmezler.Ta bomba atacaq ya raket,özü dr dinc ehaliye.

Eli 2022-03-09 17:04:21

Putin ......Bu onın kişliyi,bu da beyenmediyi ve güya “ Kloun” adlandırdığı Zelenskinin Kişiliyi bu gün bütün dünya bütün zIkrayna onu müdafie edir.Putin ise sadece qatil ve Xuliqandır hem de qorxağından, çünki qorxaqlar hemişe radikal tefekkürlü olurlar......reqiblerini xaincesine arxadsn vurur,meselen Nemçov,Litvinenko kimi.Putinin çıx dehşetli sonluğu olacaq bir insan kimi eger o insandırsa.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol