Menu

“Kistoz-fibroz” xəstəliyi əlillik siyahısına daxil ediləcək

09.03.2022, 17:39
“Kistoz-fibroz” xəstəliyi əlillik siyahısına daxil ediləcək

“Bu ilin əvvəlindən həyata keçirilən sosial paketin büdcəsi 2,1 milyard manatdır və 3 milyon 100 min insanı əhatə edir”.

APA xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev "Kistoz fibroz günü"ə həsr olunmuş tədbirdə deyib.

O bildirib ki, əlilliyi olan şəxslərə ödənişlər 2,6 dəfə, pensiyalar 50 faiz, təqaüdlər 4 dəfə, əlilliyi olan şəxslərə yönəldilən vəsait 1 milyard manata qədər artıb:

"İstəyirik ki, məşğulluq sahəsində əlilliyi olan şəxslərin iştirakını azı 5 faizə çatdıraq. Hazırda bu rəqəm 3,7-3,8 faiz ətrafındadır. 1 iyul 2022-ci il tarixdən əlilliklə bağlı qüvvəyə minəcək yeni meyarlara əsasən “kistoz-fibroz” xəstəliyi də siyahıya salınacaq" – deyə o bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol