Menu

İsrail prezidenti Ərdoğana təşəkkür etdi – FOTO

09.03.2022, 23:00
İsrail prezidenti Ərdoğana təşəkkür etdi – FOTO

İki günlük rəsmi səfəri çərçivəsində bu gün Ankaraya gələn İsrail prezidenti İshaq Hersoq rəsmi “Twitter” hesabında səfərini dəyərləndirib.

Beştepedəki Prezident İqamətgahında rəsmi mərasimlə qarşılanan Hersoq, səmimi qəbula görə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana minnətdarlığını bildirib.

“Mən qəti şəkildə inanıram ki, bölgəmizdəki bütün xalqlar, dinlər və dövlətlər sülh içində yaşaya bilər və yaşamalıdırlar. Tərəfdaşlıqr hamımız üçün bolluq və firavanlıq gətirəcək”, - o, qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol