Menu

Rusiyada fəaliyyətini dayandıran məşhur brendlərə “Adidas” və “Jack Daniel's” da qoşuldu

09.03.2022, 23:06
Rusiyada fəaliyyətini dayandıran məşhur brendlərə “Adidas” və “Jack Daniel's” da qoşuldu

“Jack Daniel's” viskisi və “Finlandia” arağının istehsalçısı olan ABŞ-ın “Brown-Forman” şirkəti Rusiyadakı fəaliyyətini dayandırır.

“Ukrayna ətrafında yaranmış vəziyyəti nəzərə alaraq, biz Rusiyada kommersiya fəaliyyətini dayandırırıq”, - deyə şirkətin saytındakı açıqlamasında bildirib.

Həmçiinin, idman geyimləri və aksesuarları istehsalçısı olan “Adidas” da Rusiyada internet saytı və tətbiqini dayandırır.

“Adidas”-ın Rusiya xidmətinin saytında dərc olunana məlumata görə, brendin ölkədəki mağazaları martın 14-də bağlanacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol