Menu

Ötən il Azərbaycanda 63 nəfər suda boğularaq ölüb

10.03.2022, 11:40
Ötən il Azərbaycanda 63 nəfər suda boğularaq ölüb

Ötən il Azərbaycanda 63 nəfər suda boğularaq ölüb.

"Report" xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.

Hesabatda qeyd edilib ki, Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasedicilər tərəfindən nəzarət olunan çimərlik ərazilərində batmaq təhlükəsi ilə üzləşən 125 nəfər və nəzarət olunmayan qeyri-çimərlik ərazilərində 102 nəfər olmaqla cəmi 227 nəfər xilas edilib.

Bildirilib ki, nəzarət olunmayan qeyri-çimərlik ərazilərində suda batan 63 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol