Rusiyada fəaliyyət göstərən diaspor rəhbəri Araz Mürsəliyev axtarışa verilib.
APA xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) saytında məlumat yerləşdirilib.
Bildirilib ki, Mürsəliyev Araz Oqtay oğlu Cinayət Məcəlləsinin 311.3.2 (Vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma)və 322-ci (özbaşınalıq) maddələri ilə təqsirləndirilir.
Onun barəsində məhkəmə qərarı ilə axtarış elan edilib.
Qeyd edək ki, Araz Mürsəliyev Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) Moskva vilayəti üzrə katibi olub. O, 2015-ci ildə Rusiya Dövlət Dumasının Milli Məsələlər üzrə Komitəsinin Ekspertlər Şurasının üzvü seçilib.
Xatırladaq ki, Araz Mürsəliyev Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin bacısı oğludur.



Şərhlər
Mahir Abdullayevin ogurlanması cinayətini ört-basdır etmək məqsədilə Bizi susdurmaq üçün Ramiz Mehdiyevin Paqonlu bandit dəstəsi yaxın qohumları da həbs etdirmək barəsində saxta ittihamlar irəli sürürlər. Elşad Abdullayevin bacısı oğlu Araz Mürsəliyev saxta ittihamlarla İnterpol axtarışına verilib (10.03.2022). Lakin, hamıya bəllədi ki, hüquq elmlər namizədi Araz Mürsəliyev barəsində İnterpol axtarışı 2020-ci il tarixindən dayandırılıb. Bu səbəbdən də bu qanunsuz müraciətlər haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Mehriban Əliyevaya və Daxili İşlər Naziri Vilayət Eyvazova müraciət olunub... Bu işlərin başında dayanan Ramiz Mehdiyevin Hüquq Mühafizə Orqanlarının içərisində fəaliyyət göstərən Azərbaycanda adam ogurlugu ilə məşgul aolan Mütəşəkkil Cinayətkar Təşkilatıdır. Bu cinayətkar şəbəkənin Fotolarını mənə məxsus YouTube səhiflərimdə konkret olaraq ictimailəşdirmişəm... – Elshad Abdullayev, France, Paris
Elşad Abdullayevi susdurmaq məqsədilə bacısı oglunu İnterpol axtarışına vermək lazım deyil, belə Qanunçuluga əməl edən dövlətsənsə Elşad müəllimin qardaşı Mahir Abdullayevin ogurlanması cinayətini açın ! Elşad müəllim Mahir Abdullayevin ogurlanması cinayətinin kinosununu çəkib Xalqa göstərdi - Cinayətkarlar 2X4 kimi hamıya bəllidir. Bəs nə üçün həbs etmirsiniz ?!