Menu

"Lavrov mənim təkliflərimi qəbul etmədi" - Ukrayna XİN başçısı

10.03.2022, 14:35
"Lavrov mənim təkliflərimi qəbul etmədi" - Ukrayna XİN başçısı

“Ukrayna hakimiyyətindəki hər kəs humanitar dəhlizlərin təhlükəsizliyi ilə bağlı zəmanət verə bilər”.

“Report” xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Antalyada Türkiyə və Rusiya xarici işlər nazirləri Mövlud Çavuşoğlu və Sergey Lavrovla üçtərəfli görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.

“Bunu ruslar edə bilərmi? Lavrov bura ancaq dinləmək üçün gəlmişdi. Mən isə müzakirələr üçün gəlmişdim. Görünür, mövqelərimiz fərqlidir. Lavrov mənim təkliflərimi qəbul etmədi”, - deyə o qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol