Menu

“Müharibə ilə iqtisadi və sosial siyasətdəki uğursuzluqları ört-basdır etmək asan olur” - Putin + VİDEO

10.03.2022, 21:48
“Müharibə ilə iqtisadi və sosial siyasətdəki uğursuzluqları ört-basdır etmək asan olur” - Putin + VİDEO

Sosial şəbəkələrin Ukrayna seqmentində Vladimir Putinin 2018-ci ilin dekabrında Argentinada keçirilən G20 Sammitindəki çıxışından bir epizod geniş yayılıb və müzakirələrə səbəb olub. 

“AzPolitika.info” xəbər verir ki, həmin çıxışında Putin Ukraynanın Donbas bölgəsindəki vəziyyət barədə danışarkən, oradakı mümkün müharibə ehtimalına toxunub və belə bir müharibənin Ukrayna tərəfindən başladılmasının mümkünlüyünə deyinib.

Putin həmin vaxt Ukraynada hakimiyyətin oliqarxların əlində olduğuna eyham vuraraq, onların ölkədəki sosial-iqtisadi çətinlikləri ört-basdır etmək üçün müharibəyə əl atmasının mükünlüyünü bildirib: “Oliqarxik hakimiyyətlər üçün həmişə öz xalqının və dövlətinin talan edilməsi siyasətini sürdürmək daha asandır. Bu, kimin üçünsə müharibə, kimin üçünsə doğma anadır. Həmişə müharibə ilə iqtisadi və sosial siyasətdəki uğursuzluqları ört-basdır etmək asan olur”. Ancaq göründüyü kimi, Ukraynada müharibəni Kiyev yox, Putinin özü başladı. Putinin yuxarıda qeyd edilən fikirləri isə hazırda özünün Ukraynada törətdikləri əməllərlə tam üst-üstə düşür.

“AzPolitika.info”  

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol