Türkiyə Rusiya neftini almaqda davam edəcək.
Bu barədə ölkənin energetika naziri Alparslan Bayraktar bəyan edib.
Bu ərəfədə Vaşinqton Rusiyadan Birləşmiş Ştatlara neft və neft məhsullarının idxalını martın 8-dən qadağan edib, London isə ilin sonuna qədər Rusiyanın enerji resurslarından imtina edib.
Türkiyə Rusiyadan neft tədarükünü saxlayacaq və İran üzərindən sanksiyaların götürüləcəyinə ümid edir ki, bu da bazara əlavə xammal daxil olmasına şərait yaradacaq.
Hyustonda keçirilən «CERAWeek energy conference» neft-qaz konfransında ölkənin enerji naziri Alparslan Bayraktar bəyan edib («Röyter»).
Nazir rəqəmlər göstərib ki, ölkənin qaza olan tələbatında Rusiyanın payı 45 faiz, neftə olan payı 17 faiz, benzinə olan payı isə 40 faiz təşkll edir.
«Dünyaya daha çox neft lazımdır. Onu haradasa tapmaq olar - ABŞ-dan, Venesueladan, İrandan, Səudiyyə Ərəbistanından və ya daha haradansa» - nazir deyib.
AzPolitika.info


Şərhlər