Menu

Aleksandr Lukaşenkonun Rusiyaya səfəri başlayıb

11.03.2022, 10:58
Aleksandr Lukaşenkonun Rusiyaya səfəri başlayıb

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Rusiyanın paytaxtı Moskva şəhərinə səfəri başlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, o, Rusiyanın dövlət başçısı Vladimir Putinlə görüşəcək.

Liderlər ikitərəfli münasibətlərin hazırkı durumunu və gələcək inkişaf perspektivlərini, ABŞ, Avropa İttifaqı və digər ölkələrin sanksiyalarının təzyiqi altında iqtisadi əməkdaşlığı müzakirə edəcəklər.

Bundan başqa, dövlət başçıları regional proseslər, o cümlədən Ukraynadakı durum barədə fikir mübadiləsi aparacaqlar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol