“Pensiyaçılara verilən birdəfəlik maddi yardımlar gələcəkdə pensiyanın təkibində hesablanacaq”.
“Report” xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini Zəka Mirzəyev “Sosial saat”da deyib.
O bildirib ki, qulluq stajına görə əlavələrlə pensiya təyin edilən şəxslərə gələcəkdə veriləcək artımlar yeni qaydada hesablanacaq: “Hərbçilərin pensiya məbləğində vəzifə maaşı müəyyən məbləği təşkil edir. Ötən ilin sonlarında müvafiq sərəncamla hərbi rütbəli şəxslərin vəzifə maaşlarına 20 % məbləğində əlavə edilib. Hesablama göstərirdi ki, bu da onların əmək pensiyalarının artımının 9,2 % məbləğində olması idi. Ancaq yeni sərəncamla olacaq maddi yardım isə 10 % təşkil edir. Hətta bu hər kəsin əmək pensiyasının 10 % məbləğindədir”.
Z.Mirzəyev əlavə edib ki, pensiyaçının vəzifə maaşlarında artım məfhumu yoxdur: “Hərbi qulluqçunun vəzifə maaşında artım ola bilər. Pensiyaçı olan dövlət qulluqçusunun vəzifə maaşı ola bilməz”.


Şərhlər
İndiyədək MDB məkanında hərbi pensiyaçıların pensiyaları hərbi qulluqçularla birlikdə artır.Bundan başqa,hərbi pensiyaçılara ildə bir dəfə müalicə pulu da verilirdi..Nə oldu?Azərbaycan digər respublikalardan ağıllı çıxdı?Nəzərdə tutulduğundan iki dəfə artıq polis saxlamağa pul çatır,canını vətən yolunda girov qoyanlara pul tapılmır?
Bu pensiyaçılara birdəfəlik maddi yardımdırsa onun pensiya ilə bərabər hesaba alınması anlaşılan deyil.İkinci tərəfdən də hətta bu birdəfəlik yardımı hesaba almış lsanız belə artım inflyasiya və qiymət artımları ilə uzlaşmır və pensiyaçılar ağlr həyat şəraitində yaşamağa məcbur edilib.Bu sosial faciədir.Pensiyaçları bu gümə salmaq xalqa düşmnçilik ryməkdir.Prezident bu məsələyə diqqət yetirməlidir.