Menu

Rusiyanın 386 deputatına qarşı sanksiya tətbiq edildi

11.03.2022, 16:05
Rusiyanın 386 deputatına qarşı sanksiya tətbiq edildi

Böyük Britaniya Rusiya Dövlət Dumasının 386 deputatına sanksiya tətbiq edib.

“Report” xəbər verir ki, bunu Böyük Britaniya hökuməti açıqlayıb.

Bildirilib ki, buna səbəb həmin şəxslərin Rusiyanın Ukraynada yaratdığı qondarma respublikaların tanınmasının lehinə səs verməsidir.

Sanksiyaya məruz qalan deputatların Böyük Britaniyaya girişi yasaqlanacaq və onların ölkədəki aktivləri dondurulacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol