Menu

Rüstəm İbrahimbəyov vəfat edib

11.03.2022, 16:37
Rüstəm İbrahimbəyov vəfat edib

Xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, kinorejissor Rüstəm İbrahimbəyov 83 yaşında vəfat edib.

Bu barədə "Report"a Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov məlumat verib.

O bildirib ki, R.İbrahimbəyov martın 10-dan 11-nə keçən gecə Rusiyanın paytaxtı Moskvada dünyasını dəyişib: "Ailəsinin bizə verdiyi məlumata görə, kinorejissor Vətəndə dəfn olunacaq".

Azərbaycan Kinematoqrafçılar İttifaqı da R.İbrahimbəyovun vəfatı ilə bağlı məlumat yayıb.

İttifaqdan bildirilib: "Kinorejissor uzun sürən xəstəlikdən sonra vəfat edib. Dəfn vaxtı və məkanı barədə əlavə məlumat veriləcək".

Qeyd edək ki, R.İbrahimbəyov 1939-cu il fevralın 5-də Bakıda anadan olub.

Şərhlər

Kələntər 2022-03-11 18:02:18

Allah rəhmət eləsin.

t.ədalət 2022-03-11 16:44:04

Vətənimizə asi olan bir casusu da belə itirdik.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol