Menu

RUSİYANIN SAYCA ÜÇÜNCÜ GENERALI ÖLDÜRÜLDÜ – Ordu komandanı idi (FOTO)

11.03.2022, 16:45
RUSİYANIN SAYCA ÜÇÜNCÜ GENERALI ÖLDÜRÜLDÜ – Ordu komandanı idi (FOTO)

Rusiya ordusunun general-mayoru Andrey Kolesnikov Ukraynada davam edən döyüşlərdə məhv edilib.

“AzPolitika.info” xəbər verir ki, bununla bağlı Ukrayna mətbuatı ölkənin Daxili İşlər nazirinin müşaviri Anton Geraşenkoya istinadla məlumat yayıb.

Xəbərdə deyilir ki, general Kolesnikov Rusiya Şərq Hərbi Dairəsinin 29-cu ordusunun komandanı olub. Hələlik generalın hansı istiqamətdə və hansı şəraitdə məhv edilməsinə dair məlumat verilmir. Bu barədə bir qədər sonra ətraflı məlumat yayılacağı gözlənilir. 

Qeyd edək ki, bunadək Ukraynada Rusiya ordusunun 2 generalı öldürülmüşdü.

“AzPolitika.info”

Şərhlər

rahim 2022-03-11 22:32:47

Rusiya siyasiləri ordusunu bütün ukrayna ərazisindən çıxarmaslar bir meddət keçdikdən sonra problemin siyasi həlli mümkün olmayacaq.Ukrayna siyasilərinin rusiya ərzisində rusiyaya qarşı adekvat addımları atmamaları ondan xəbər verirki onlar hələ də rusiya siyasilərinin işğala könüllü son verəcələrini gözləyirlər.

Cəfər 2022-03-11 17:08:36

Slava UKRAİNE !!! Yaşasın UKRAYNANIN qəhrəman əsgərləri !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

t.ədalət 2022-03-11 16:50:20

Sovetlər dövründən fərqli olaraq,rus generalları da bizimkilər kimi düzməcə rütbə alanlardır..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol